Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mütəxəssislər bu xəstəliyi olanlara xəbərdarlıq etdi: Çölə çıxmayın
Tarix: 03-08-2023 | Saat: 13:14
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Türkiyə alimləri qlobal istiləşmə ilə getdikcə artan istilərdən qorunmaq üçün astma xəstəsi olan vətəndaşlara xəbərdarlıq edib. 

Həkim Levent Cem Mutlu astma xəstəliyi olanlara həddindən artıq istidə çölə çıxmamağı və gündəlik məşğuliyyətlər üçün sərin saatlara üstünlük verməyi tövsiyə edib.

O, artan urbanizasiya, sənayeləşmə və meşələrin yanması səbəbiylə dünya miqyasında böyük problemə çevrilən qlobal istiləşmənin iqlim dəyişikliyi və ekoloji problemlərlə yanaşı xəstəliklərə də təsir etdiyini ifadə edərək, astma xəstələrinin mümkünsə çölə çıxmaması lazım olduğunu bildirib. O, gündəlik fəaliyyətlər üçün sərin saatlara üstünlük verilməsini təklif edib.

Astma əlamətlərini ağırlaşdıran maddələrlə yanaşı, hava istiliyinin də astma tutmalarına təsirindən danışan Levent Cem Mutlu bu məlumatları verib: "Soyuq hava kimi, isti hava da astma tutmalarına səbəb ola bilər. İsti hava birbaşa bronxları stimullaşdıra və astma tutmasına səbəb ola bilər. Bundan əlavə, tənəffüs edilən havada tozcuq və bitki tozu kimi allergenlərin nisbətinin artması, temperatur və rütubətin mövsüm normalarının üzərində olması səbəbindən astma tutmalarında artım müşahidə edilir. Günəş işığı ilə atmosferdə ozonun miqdarının artması astma xəstələri üçün başqa bir riskdir. Artan ozonun tənəffüs yollarını stimullaşdıraraq astma tutmalarına səbəb olur”.

Mutlu astma xəstələrinin həddindən artıq istidə diqqət etməli olduqlarını belə sıralayıb:

-Temperatur və rütubətin yüksəldiyi dövrlərdə mümkün qədər çölə çıxmayın, rütubətin yüksək olduğu ərazilərə səyahət etməyin.

-Hovuz yerinə dənizə üstünlük verin, çünki hovuzun dezinfeksiyasında istifadə olunan xlor və ya digər kimyəvi dezinfeksiyaedicilər astma tutmalarına səbəb ola bilər.

-Daxili mühitlərdə istifadə olunan kondisionerlərə müntəzəm texniki qulluq edin və polen filtrləri olan cihazları seçin.

-Dərmanlarınızı kifayət qədər dozada və düzgün texnika ilə qəbul edin.

-Siqaretdən çəkinin.

-Məşqlərinizi günün sərin vaxtlarında edin.

-Əgər simptomlarınız artarsa, dərhal həkiminizə müraciət edin.





  • PAYLAŞ




Xəbəri paylaş

3728 dəfə oxunub.

Digər xəbərlər
15-08-2016, 03:10 Astroloji proqnoz - 15 iyul

bütün xəbərlər
____ Instagram ___