Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
5 günə 4 kiloqram arıqladan "Barbi" pəhrizi
Tarix: 01-08-2023 | Saat: 11:51
Bölmə:Karusel / Maraqlı | çapa göndər

5 günə 4 kiloqram arıqladan "Barbi" pəhriziMəşhur aktrisa Marqot Robbienin film hazırlığı üçün etdiyi pəhriz günlərdir gündəmdən düşmür. Hər kəs onun qısa müddətdə necə çəki atması ilə bağlı suallar ünvanlayır.

 "Barbi" filmi ilə son günlər gündəmdə olan Marqotun pəhrizini bu dəfə diyetoloqlar araşdırılıb.

5 gündə 4 kiloqram çəki atdıran "Barbi" pəhrizi nədən ibarətdir?

Robbie açıqlamaında günlük qida rasionunda çörək və şirniyyatın olmadığını deyib. Səhər yeməyinə yulaf yarması, tərəvəzlərdən hazırlanan smuzi içən aktrisa naharda toyuqlu salat yediyini açıqlayıb. Şam yeməyində isə sənətçi kartof və balıqdan istifadə edir.

Robbie hərdən burger və Meksika mətbəxindən yeməklər yediyini gizlətməyib. 2013-cü ildən isə pilateslə məşğul olduğunu deyən aktrisa rəqs dərsləri aldığını vurğulayıb.

Aktrisa hər səhər içdiyi detoksun reseptini də bölüşüb:

200 ml. su
1 çay qaşığı toz zəncəfil
Yarım limonun suyu
1 çay qaşığı sirkə

Bütün ərzaqları bir yerə töküb qarışdırın və 1 saat saxlayın. Onu iki yerə ayırıb səhər və axşam için.




Xəbəri paylaş

1158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___