Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni “Barbi” dalğası: çəhrayılaşan dünya və şüuraltı zərərləri - VİDEO
Tarix: 01-08-2023 | Saat: 10:08
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər



Yəqin ki, çoxlarınız son zamanlarda sosial şəbəkələrdə lentinizin çəhrayılaşdığını müşahidə etmisiniz.  İnstaqramda, qırmızı xalçada, mağazalarda və s. çəhrayı rənglərdə geyimlərə tez-tez rast gəlirik.

Görəsən Bakıda da trendləşən rəngin gizlinləri nədir?

 "Barbikor" ("Barbiecore") adlanan bu trend aktrisa Marqot Robbinin Barbi, aktyor Ryan Qoslinqin Ken rolunu oynadığı "Barbi" filmindən qaynaqlanır.

Xüsusilə baş rolu canlandıran aktrisanın təqdimatlara barbi stilində qatılması, filmin nümayişə çıxdıqdan sonra rekord izlənmə sayına çatması "Barbi" stilinin məşhurlardan tutmuş adi insanlara qədər bütün dünyada qadınlara təsir etməsinə səbəb olub.

Bu trendə qoşulanlar arasında Heyli Biber, Kayli Cenner, Cici Hadid, Dua Lipa, En Hetvey və s. kimi bir çox dünya ulduzları və yerli məşhurlar da var.

Bəs dünya miqyasında trend dalğası yaradan barbi filminin mövzusu nədir?

Barbi özünə uyğun bir dünya tapmaq ümidi ilə səyahətə çıxan qadının hekayəsindən bəhs edir.
O, yaşadığı dünyanın şərtlərinə uyğun gəlməyən qadındır. Öz dünyasında "mükəmməl qadın" obrazından uzaq olduğunu anlayan Barbi yaşadığı fantaziya dünyasından təcrid olunur və heç kimin ünsiyyət qurmaq istəmədiyi birinə çevrilir. O, uyğunlaşacağı dünyanı tapmaq ümidi ilə yaşadığımız real dünyaya səyahətə çıxır. Barbini öz evində təcrid edən səbəblər yeni dünyada onu xüsusi edən üstünlüklərə çevrilir.

Dünyada az qala çəhrayı "partlayışı"na səbəb olan bu filmin insan psixologiyasına təsirləri isə istisna edilmir.

Film boyu Barbi həqiqi mükəmməlliyin daxili gözəllikdə olduğunu dərk edir, "Barbilənd"ə qayıdan kimi ənənəvi gözəllik standartlarına meydan oxuyur, insanın özünü qəbul etməsinin əhəmiyyətinə diqqət çəkir və bu, müsbət hal kimi qiymətləndirilir.

Bununla belə filmin mənfi təsirləri heç də az deyil. Belə ki, əsas obraz cazibədar, estetik və ideallaşdırılmış gözəllik standartlarına həddindən artıq aludəlik yarada bilər.

"Barbikor" tendensiyası tərəfindən təsvir edilən qeyri-real gözəllik standartları onsuz da mükəmməlliyə meyilli insanlarda bu xüsusiyyəti gücləndirə bilər.

Qeyd edilir ki, insanlar real görünüşləri ilə ideallaşdırılmış obraz arasında müqayisə apardıqda özlərinə olan hörməti azala bilər.

Bundan əlavə, "Barbikor"un fiziki görünüşə diqqət yetirməyi təşviq etməsi, bacarıq, istedad və şəxsiyyət xüsusiyyəti kimi insani keyfiyyətlərə kölgə sala bilər. Bu da zehni rifah və şəxsi inkişafa mənfi təsir göstərə bilər.

Sözügedən tendensiya qlobal miqyasda, xüsusilə yeniyetmə və gənc qızlar arasında ictimai sağlamlıq üçün əhəmiyyətli risk yaradır.
"Barbikor"un bədənindən narazı olan şəxslərdə psixi sağlamlıq problemlərinə yol açması da istisna edilmir.

Mütəxəssislər bildirir ki,"Barbikor"estetikası bədən dismorfiyası, yemək pozğunluqları və özünə inamın itməsi ilə nəticələnə bilər.





Xəbəri paylaş

1368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___