Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ölümündən qabaq bu sözləri deyirmiş"
Tarix: 21-07-2023 | Saat: 13:36
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər



"Milli Onkologiya Mərkəzinin həyətinə təzə çatmışdım. Dostları da Natavanın yanından aşağı düşürdülər. Keçmiş ANS-çilər.  Ayaq saxladım. Belə vəziyyətdə yuxarı çıxmağa ayağım getmədi. Saatlarının qaldığını bilsəm də, möcüzə üçün dua edirdim, inanırdım. Qalxdıq yuxarı. Dəhlizdə bizə qarşı gələn qadın dedi ki, Natavan getdi".

Bu sözləri aparıcı Nigar Mahmudova ötən gün dünyasını dəyişən həmkarı Natavan Babayeva haqda paylaşımında yazıb. O bildirib ki, ötən gün bütün dostları xəstəxanaya onu görməyə yığışıb:

Nigar N.Babayeva dünyasını dəyişən zaman yanında həyat yoldaşı, qayınanası və bibiləri olub:

"Biz otağa girəndə artıq üzünü örtmüşdülər. Bir neçə dəqiqə çatmadım. Bibiləri, əri, qayınanasının əhatəsində idi. Sonra bacım, mükafatım dediyi, bütün bu dövrdə hər cür yanında olan Əfsanə Mehdiyeva gəldi. "Efirdəydim, niyə məni gözləmədin deyib" fəryad elədi. Üzünü açıb öpdü. Sonra oğlunu gətirdilər Natavanın. O, doqquzuncu sinifdə oxuyur. Natavan ona Dodi deyirdi. 

Özü də inanmırdı gedəcəyinə. Keçən dəfə pis olanda getmişdim yanına. Deyirdi mənə aeroportda dimedrol vurdular, ona görə pis oldum. Mən də dedim səni çox yaxşı gördüm. Həqiqətən də üzündə, baxışlarında halsızlıq, xəstəlik əlaməti yox idi. Öləcəyini bildiyim andan isə beynimdə fırlanan əsas fikir budur: Natavan çox yaxşı insandır. Natavan həqiqətən fitnə-fəsaddan uzaq idi, qeybət elədiyini heç eşitmədim. Çox yaxşı, vicdanlı insan idi. Peşəkar jurnalist idi. Efirdə suflyordaki mətni belə redaktə edərək, dəyişərək oxuyurdu bir də görürdün. Onun belə tez gedəcəyi heç birimizin ağlına gəlməzdi".

Nigar Natavanın son nəfəsində dediyi sözləri belə xatırlayıb:

"Özü də ölümündən qabaq “Vay cavan canım” deyirmiş. Bir də tez-tez saatı soruşurmuş. Son dəfə saat 6-dır deyiblər. "Çox şükür" deyib və 7-yə çatmadı. Ard-arda itirdiyi ana-atasının yanına getdi. Yerin cənnət olsun, Natış, gözəl insan, deyib onu son mənzilinə yola saldıq. Ona sonuncu dəfə baxdıq. Beləcə, Natavanla vidalaşdıq bu gun bu fani dünyada".

Qeyd edək ki, Natavan Babayeva uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. 




Xəbəri paylaş

2878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___