Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Titan fəlakəti ilə bağlı qan donduran iddia: "Onlar bir neçə saniyə əvvəl..."
Tarix: 13-07-2023 | Saat: 12:18
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər


Xəbər verdiyimiz kimi, tarixə ikinci "Titanik" fəlakəti kimi keçən "OceanGate" şirkətinə məxsus "Titan" sualtı gəmisinin keçən ay partlaması nəticəsində 5 nəfər həlak olub. 

Qəza ilə bağlı araşdırmalar fəlakətdən sonra başlasa da, sualtı mütəxəssislər qəza zamanı nələrin baş verdiyindən danışıblar.

"OceanGate” adlı şirkət "Titan” adlı maşınları ilə qəzaya uğrayan yerlərə səyahətlər təşkil edirdi. Səyahət 250 min dollarlıq biletlə kəşfiyyatçıların və zəngin adların diqqətini çəkərkən, 18 iyun qəzası ilə hər şey bir anda dəyişib.

İyunun 18-də "OceanGate”in baş direktoru Stokton Raş, Titanik üzrə fransız mütəxəssisi Pol-Anri Narjolais, britaniyalı milyarder Hamiş Hardinq, iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman Davudun beş nəfərlik heyəti ilə birlikdə itkin düşmüşdülər. 

İspan mühəndisi və sualtı mütəxəssisi Xose Luis Martin Titanın iyunun 18-də partlamasından əvvəl onun son saatlarından danışıb.

Martinin sözlərinə görə, "Titan”ın idarə olunan batması zamanı elektrik nasazlığı baş verib ki, bu da gəmini hərəkətsiz qoyub. Martin ölümcül nasazlığın təxminən 5500 fut dərinlikdə baş verdiyinə inandığını söyləyib:

"Bu anda dəniz dibinə doğru tərs düşməyə başlayır. İdarəetmə və təhlükəsizlik funksiyaları zədələndiyi üçün manevr etmək artıq mümkün deyil. Qorxu və əzabları təsəvvür edin. Bütün bunlar 48-71 saniyəlik sərbəst düşmə zamanı baş verib. O zaman hər şeyi dərk edirlər və bir neçə saniyə öncə öləcəklərini bildiklərindən də əminəm. Onların o anlarda nələr keçirdikləri barədə fikir əldə etmək çətindir. Bu 48 saniyə və ya bir dəqiqədən sonra partlayış və qəfil ölüm olur”.

"Virginia Tech”də okean mühəndisliyi professoru Stefano Brizzolara da ölümcül partlayışın səbəbləri arasında gövdə ilə bağlı struktur problemlərin ola biləcəyini söyləyib.







Xəbəri paylaş

2588 dəfə oxunub.

Digər xəbərlər
26-01-2023, 13:02 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___