Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bıçaqlanıb ölən tələbəni yaralı halda ÖZƏL KLİNİKALAR qəbul etməyib... - İDDİA - VİDEO
Tarix: 06-07-2023 | Saat: 11:44
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər



Xəbər verdiyimiz kimi, bir müddət əvvəl 20 yaşlı gənc mübahisə zəminində  bıçaqlanmışdı.

Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət bir müddət əvvəl gecə saatlarında qonşusu tərəfindən qətlə yetirilən tələbə Hikmət Kərimovun ölümündən gedir.

Valideyn İlham Kərimov iddia edir ki, övladı  hadisə baş verən gecə iki özəl xəstəxanya aparılsa da, qəbul edilməyib.

"Onlara "icazəmiz  yoxdur" deyiblər. Maraqlıdır özəl xəstəxanalar yaralı  şəxsi niyə qəbul etmir? Bu qadağa onlara hansı qurum tərəfindən qoyulub?"

Funda klinikasından "Xəzərə Xəbər"ə bildirildi ki, klinikanın təcili yardım xidməti yoxdur. Xəstəxana ambulator və planlı tibbi cərrahiyə əməliyyatlarını axsam saat 5-ə kimi aparır.

"Zəfəran klinikasından isə sorğuya cavab verilməyib."

Digər özəl klinikalardan isə bildirildi ki, əgər onların təcili tibbi yardım xidməti varsa yaralı xəstə qəbul edilir, ona ilkin yardım edilir, dərhal hüquq mühafizə orqanlarına məlumat verilir.

Məsələyə TƏBİB, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət bildirilib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.






Xəbəri paylaş

3058 dəfə oxunub.

Digər xəbərlər
18-01-2016, 14:15 Merkelə ultimatum verildi

bütün xəbərlər
____ Instagram ___