Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"AYB-yə üzv olmağım zəlzələni unutdurdu, məni dahilər bəyənir" - Elza Seyidcahan danışdı
Tarix: 05-07-2023 | Saat: 18:51
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Xəbər verdiyimiz kimi, əməkdar artist Elza Seyidcahan Yazıçılar birliyinin üzvü seçilib.

Müğənninin bu təyinatı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçiləri AYB-ni bu addıma görə tənqid ediblər. 


Elza Seyidcahan  açıqlamasında AYB-yə üzv olması haqda danışıb: 


"Şəxsən yazıçı Anar müəllim mənə zəng etdi və məni Yazıçılar Birliyinin üzvü seçdiklərini bildirdi. Yaradıcılıq uğurları arzu edərək, vəsiqəni gəlib götürməyimi istədi. Çingiz Abdullayev də məni qəbul edərək, xeyir-duasını verdi. Səməd Vurğunun iş otağında tarixi anlar yaşandı.
 
Müğənni onun uğurunu həzm edə bilməyən insanlar olduğunu deyib: 

"Uğur qazanan insanın uğuru nə zaman birmənalı qarşılanıb? Qalibiyyət qazanan birinin uğurunu heç vaxt birmənalı qarşılamırlar. AYB-yə üzv seçilməyimlə bağlı rahat və xoşbəxtəm. İnsAllah bu təyinatların ardı-arası kəsilməyəcək. Haqqımda danışanların danışıqları bizi valeh edir. Onların danışmaqları bizi danışdırır. Mən anadan istedadlı doğulmuşam. Sonradan istedad qazanmamışam. Məni Allah bəyənib, dahilər bəyənib. Canlı dahilər, əfsanələr mənə təqdimatlar edirlər. Məni bəyənməmək söhbəti ola bilməz. Tənqidçinin də bir peşəsi olmalıdır. Hər yoldan keçən tənqidçi olub, nəyisə tənqid edə bilməz axı. Məni bəyənməyənlər özlərini bəyənməyən insanlardı. Təyinatımı bəyənməyələrin, tənqid edənlərin kimliyini araşdıranda görmək olar ki, yaxınına, dostuna, tanışına bir sözlə heç kimə faydası olmayan, vətəni, xalqı üçün heç bir sey etməyən insanlardırlar. Ancaq yenə də hər bir fikrə hörmətlə yanaşıram.


Elza Seyidcahan tənqidlərə fikir vermədiyini deyib:
 
"Əgər, haqqımda tənqid xarakterli şərh yazanlara cavab versəm enerjim düşər. Bundan sonra mənim o insanlara cavab verməyim ayıb olar. Ona görə də həmin insanlara mən yox, tənqidçilər, məni sevənlər cavab verir. Mənim bu təyinatım elə bir zamana təsadüf etdi ki, iki gün əvvəl insanlar zəlzələ ilə bağlı böyük qorxu keçirdilər. İki gün sonra bu qorxu yaddan çıxdı, Elza Seyidcahan yada düşdü. Bu da bir məlhəm oldu onlara".

Haqqında rəy verən hər kəsə təşəkkür edən əməkdar artist təyinatı ilə Yazçılar Birliyində yenilikçi istedadlara dəyər verildiyinin sübut olunduğunu bildirib:


"Yazıçılar Birliyinin sədri Anara və bütün üzvlərə minnətdaram. Mənə rəy verən millət vəkili Nizami Cəfərova, Şəki Yazıçılar İttifaqının sədri Vaqif Aslana, sairə Cığatel xanıma şeirlərimə nəzəri rəy verdikləri üçün təşəkkürümü bildirirəm. Bununla da yenilikçi istedadlara dəyər verdiklərini bir daha sübut etdilər.




Xəbəri paylaş

2868 dəfə oxunub.

Digər xəbərlər
20-04-2019, 15:35 Hava nə vaxt isinəcək?

bütün xəbərlər
____ Instagram ___