Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəkməz və limonu qarışdırsanız nə olar? Faydalarına inanmayacaqsınız
Tarix: 25-06-2023 | Saat: 11:15
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Min illərdir istifadə edilən bəkməz uzun illərdir xəstəliklərə dərman kimi istifadə edilir. Bəkməzin saysız-hesabsız faydaları bir çox xəstəliklərə şəfa verir. Antibiotiklər qədər təsirli olan bəkməz limon sıxıldıqda faydasını iki qat artırır.
Müxtəlif növ viruslar səbəbindən illərdir ki, dünyada ciddi sağlamlıq problemləri yaranıb. Mütəxəssislər bildirirlər ki, bu cür sağlamlıq problemlərindən qorunmaq üçün ən əsas tədbir sağlam qidalanmadır.
Alternativ tibbdə məşhur qarışımlardan biri də bəkməz və limondur.


Bəkməz və limon qarışığının faydaları nələrdir?

  • Öskürəyə son qoyur
  • Boğazda ağrı, qaşınma və iltihabın qarşısını alır
  • Orqanizmi qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur
  • Bədəndəki virusları zərərsizləşdirir
  • Orqanizmi toksinlərdən təmizləyir
  • Tərkibindəki dəmir sayəsində anemiyanın səviyyəsini azaldır
  • Sinir sistemindəki hüceyrələri yeniləyir
  • Enerjini artırır
  • Yuxusuzluğu aradan qaldırır
  • Arıqlamaq üçün əla vasitədir
  • Uzun müddət toxluq hiss verir


Bəkməz və limon qarışığı necə hazırlanır?

Tərkibi:
3 xörək qaşığı üzüm bəkməzi
Yarım limonun suyu
Yarım stəkan içməli su


Hazırlanması:
Suya 3 xörək qaşığı bəkməz və təzə sıxılmış limon suyunu əlavə edib qarışdırın.
Qeyd: Qarışığı həftədə 6 gün tətbiq edin və bir gün ara verin. Qarışıqdan daha yaxşı fayda əldə etmək üçün səhər acqarına istehlak edin.


Bəkməz limon qarışığı kökəldə bilərmi?
Yalnız səhər yeməyində deyil, digər yeməklər arasında da rahatlıqla istehlak edə biləcəyiniz bəkməz və limon qarışığı orqanizmdə qan əmələ gətirən təsir yaradır. Vitaminlər, minerallar və antioksidanlar baxımından da bədənə fayda verir.
Bəzi araşdırmalara görə, limon sıxması ilə bəkməz istehlakı arıqlamağı əhəmiyyətli dərəcədə sürətləndirir. O, həmçinin bədəni detoksifikasiya etməyə kömək edir. Hədəf edilən çəkiyə çatmaq üçün limon və bəkməz qarışığını 10 gündən 40 günə qədər istehlak etmək lazımdır.

 

medicalmedia.az 




Saglamolun.Az




Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər
19-03-2015, 17:07 Piyada qəzada öldü

bütün xəbərlər
____ Instagram ___