Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Vəziyyət pisə doğru gedəcək, əxlaqsız qızların sayı durmadan artacaq”
Tarix: 12-06-2023 | Saat: 12:38
Bölmə:Karusel / Gündəm | çapa göndər



"Biz həmişə deyirik ki, Avropaya inteqrasiya edək, Avropalılar kimi olaq və s. Amma biz Avropanın ən pis tərəflərini götürmüşük. Yeniyetmələr düşünürlər ki, niyə biz avropalılar kimi deyilik və gözləməliyik ki, ailə quranda cinsəl həyat yaşayaq?  Hadisələr artıq bu fonda formalaşıb. Yəni artıq yeniyetmələr 15-17 yaşında cinsəl həyatı yaşamaq istəyirlər..."

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Son illər yeniyetmələrlə bağlı ciddi narahatlığa səbəb olan problemlərdən danışan psixoloq artıq yeniyetmə özbaşınalığının son nöqtədə olduğunu bildirib:

"Yeniyetməlik dövründə ehtiras pik həddə olur, bu yeniyetmələr öz hisslərini idarə etməyi bacarmalıdırlar. Onlar öz hisslərini idarə edə bilmədikləri üçün kontroldan çıxırlar. Valideyn də dost olmaq əvəzinə yeniyetmənin aqressiyasına görə düşmənə çevrilir. Belə olanda da evdən qaçmalar, yeniyetmə özbaşınalıqları artır.

Bu gün biz klublara baxanda müşahidə edirik ki, daha gənc yaşda qızlar çoxluq təşkil edir. Orada elə yaşda qızlar olur ki, baxan kimi düşünürsən ki, bu yaşda o burda olmalı deyil, orta məktəbdə olmalıdır, o yaşda dövlət onları məcbur etməlidir ki, sən ən azından orta məktəbi bitirməlisən. Bu səbəbdən dolayı, bu gün belə özbaşınalıqların sayı artır deyə, paralel olaraq abortların da sayı artır. Nə qədər ki, belə özbaşınalıqlar olacaq, sosial şəbəkələrdə Azərbaycan uyğun olmayan yaşam tərzləri öyülərək paylaşılacaq vəziyyət daha da pisə doğru gedəcək. Nəticədə Azərbaycanda pozğun, əxlaqsız qızların sayı durmadan artacaq".

G.Orucovanın sözlərinə görə, bu gün yeniyetmələr mentalitetdən, qınaqdan uzaq olmaq, istədikləri həyatı rahat yaşaya bilmək üçün Avropaya meyllənirlər:

"Xırda müşahidə kifayət edir görəsən ki, ildən-ilə yeniyetmələrin düşüncəsi necə dəyişir, fərqli olur və çox qəribədir ki, yeniyetmələr artıq özünü ölkəsində xoşbəxt hiss etmir. Düşünürlər ki, xaricdə - xüsusən Avropada özümü daha xoşbəxt hiss edəcəyəm. Bilirsiniz niyə? Çünki Avropa onları cəlb edir, orada yeniyetmələr istədiyini edə bilir. 

Bizim yeniyetmə də fikirləşir ki, Azərbaycanın mental dəyərləri məni sıxır və buna görə gedib xaricdə istədiyim həyatı yaşayacağam, istədiyimlə münasibət quracağam Buna görə yeniyetmələrin çoxu Avropaya meyllənir. Mən demirəm ki, Avropaya ancaq fikri qarışıq olan, fərqli düşüncəsi olan gedir. Xeyr, ora oxumağa, özünü inkişaf etdirməyə gedənlər də var. Sadəcə olaraq, daha çox sərbəstlik istəyən insanlar, milli-mental dəyərlərlə razılaşmayanlar o baxımdan gedirlər. Yoxsa "Azərbaycanda iqtisadi durum çətindir, maddi vəziyyət gərgindir" demək boş şeydir. Heç də belə deyil, qazana bilən, bacarıqlı insan öz ölkəsində də kifayət qədər qazanc əldə edə bilir. Sən öz ölkəndə özünü inkişaf etdirib, gəlir əldə edə bilərsən".




Xəbəri paylaş

2668 dəfə oxunub.

Digər xəbərlər
19-03-2018, 18:22 Bayramda hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___