Bəzi ərazilərdə leysan yağacaq, külək güclənəcək - HAVA PROQNOZU
Tarix: 01-06-2023 | Saat: 16:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
2548 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-06-2023 | Saat: 16:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan ərazisində iyunun 2-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 13-18, bəzi yerlərdə 20-25 dərəcə isti olacaq.
Xəbəri paylaş
Digər xəbərlər
15-05-2016, 21:07
Polis əməliyyat keçirdi - 3 TIR siqaret ələ keçirildi
15-12-2015, 14:07
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adı olan yenilənmiş siyahı məlum olub
24-06-2015, 15:15
“Sony” və “Panasonic” televizor istehsalını davam etdirəcək
4-05-2021, 05:40
Əli Həsənovun nəvəsinin həyatını qaraltdığı Türkiyə vətəndaşı: - "Ailəmə erməni zülmü etdilər"
6-07-2017, 14:21
AZƏRBAYCANLI RƏQQASƏ 4 İLLİK SUSQUNLUĞUNU POZACAQ
17-04-2019, 17:18
Prezident “ASAN xidmət”in işçilərinin sayını artırdı
22-12-2015, 15:44
Süni qiymət artımı və qıtlığın qarşısı alınacaq - nazirlik
11-12-2021, 10:57
Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı - FOTO