Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc qalmaq üçün oğlunun qanından istifadə edir - FOTO
Tarix: 24-05-2023 | Saat: 11:44
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

Gənc qalmaq üçün oğlunun qanından istifadə edir - FOTO

Zamanı dayandırmaq mümkün deyil, amma amerikalı sahibkar Bryan Conson gənc qalmaqda olduqca qətiyyətli görünür. Məşhur sahibkar sırf bunun üçün ildə 2 milyon dollar xərcləyir və bunun üzərinə 17 yaşlı oğlunun qanından istifadə edir.

Bu  barədə "Bloomberg" nəşri məlumat dərc edib. 

Bildirilir ki,  45 yaşlı proqram tərtibatçısı Bryan Conson daxili orqanlarını sağlam tutmaq üçün oğlunun qanından istifadə edir. Conson Dallas şəhərindəki klinikada 70 yaşlı atası Riçard və oğlu Talmage ilə bir saatlıq mübadilə əməliyyatı keçirib. 

17 yaşlı Talmage atasına bir litr qan verib. Amerikalı sahibkarın gənc qalması üçün qan mübadiləsindən tutmuş rejiminə nəzarət etməyə qədər 30 həkim və regenerativ sağlamlıq mütəxəssislərindən ibarət bir qrupla işlədiyi ortaya çıxıb. 

Lakin Consonun cavanlaşdırma metodu bəzi ekspertlər tərəfindən nə etik, nə də elmi baxımdan uyğun hesab olunur. Los-Ancelesdəki Ümid Şəhəri Milli Tibb Mərkəzinin biokimyaçısı Çarlz Brenner "Bloomberg"ə deyib: "Biz bunun etibarlı bir insan müalicəsi olduğunu söyləmək üçün kifayət qədər öyrənməmişik.  Mənim üçün bu, iyrənc, sübut olunmamış və nisbətən təhlükəli bi işdir". 

30-cu yaşlarının əvvəllərində ödəniş şirkəti "Braintree Payment Solutions"ı EBay-a 800 milyon dollara sataraq sərvət qazanan Conson bu ilin əvvəlində cavanlaşma həvəsi ilə dünya mətbuatına çıxıb. 

Johnsonun hər səhər səhər 5-də başlayan ciddi bir rejimi var. Vitaminlərini qəbul etdikdən sonra gününə idmanla və aşağı kalorili vegan pəhrizlə davam edir. Consonun məqsədi beyni, qaraciyəri, böyrəkləri, dişləri, dərisi, saçları, penisi və düz bağırsağı da daxil olmaqla, bütün əsas orqanlarının yeniyetməlik dövründə olduğu kimi işləməsini təmin etməkdir. 

 45 yaşlı Consonun hazırda 37 yaşlı ürəyi və  28 yaşlı dərisi var.

unikal

  • Gənc qalmaq üçün oğlunun qanından istifadə edir - FOTO







Xəbəri paylaş

1388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___