Övladı məktəbə gedən hər kəsin DİQQƏTİNƏ - Növbəti ildən...
Tarix: 20-05-2023 | Saat: 10:52
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Xəbəri paylaş
2208 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-05-2023 | Saat: 10:52
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
"Köhnə məktəbli formaları artıq tarixə qovuşdu. 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala başlamışıq”.
Bu barədə "bizim.media”ya Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Bu il isə köhnə məktəbli geyimlərindən istifadəyə imkan verilməyəcək:
"Növbəti tədris ilindən bütün şagirdlər, hətta 11-cilər yeni geyimlərlə təhsilə başlayacaqlar. Bakı şəhər Təhsil İdarəsi ilə Elm və Təhsil Nazirliyi bu işlə məşğuldurlar.
Onlar istehsalçılarla iş aparıblar və hər kəsə konkret bölgənin, eləcə də məktəbin tapşırığı verilib. Köhnə məktəbli formaları istehsal etmirik və heç o geyimlərdən anbarda da qalmayıb.
Yeni məktəbli geyimlərinin istehsalı ilə bağlı sifarişləri nazirlik indidən verib. Keçən il rüsvayçılıq oldu. Bizə heç kim, heç nə deməmişdi deyə problem yaranmışdı. Hesab edirəm ki, bu il belə bir çətinliyimiz olmayacaq”.
Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək.
Onu da bildirək ki, artıq bəzi məktəb direktorları valideynlərə indidən tapşırıq verir ki, növbəti ildən dərsə gələcək uşaqlar filan rəngli forma geyinməlidir.
Xəbəri paylaş
Digər xəbərlər
20-08-2018, 16:28
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək
10-06-2022, 12:01
Havar Məmmədovun Mühəndislik Universitetindəki İMPERİYASI…- Rektorun “təhsil biznesi”…
15-11-2015, 23:06
"ATV Maqazin" verilişi bağlandı
15-03-2021, 11:09
Ağdamı bərpa etmək mümkün deyil...
25-09-2019, 12:39
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər - FOTO
11-06-2019, 11:02
17 yaşlı qız Bakının gecə klubunda döyüldü
14-08-2017, 10:28
Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 10-cu mərtəbədən atdı
1-02-2019, 15:24
Tələbələrin köçürülməsi başladı
11-07-2016, 20:25
Yay mövsümünün içkiləri
24-01-2020, 16:59
Oqtay Əsədov Yəhudilərin soyqırımını belə andı - VİDEO