Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadın sünnətinə qarşı mübarizə apardığı üçün 1.4 MİLYON MÜKAFAT VERİLDİ
Tarix: 18-05-2023 | Saat: 11:36
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər





Somalinin ilk təlim keçmiş tibb bacısı və bütün həyatını qadın sünnətinə son qoymağa sərf edən Edna Adan İsmayıl 1,4 milyon dollarlıq “Templeton Mükafatı”na layiq görülüb.

Edna Adan İsmail 1,4 milyon dollarlıq mükafatın böyük bir hissəsini yeni tibbi avadanlıqların alınması və səhiyyə işçilərinin hazırlanması üçün öz adını daşıyan "Edna'nın Dostları Doğum Xəstəxanası"na köçürəcək.


Somalilandda doğum şöbəsi və universitet quran Edna Adan İsmayıl uzun illərdir Şərqi Afrikada qadınların sağlamlığının yaxşılaşdırılması və qadın sünnətinə qarşı mübarizəsi ilə bağlı tanınır.

Mükafat komitəsi tərəfindən edilən yazılı açıqlamada, "Müsəlman əsilli bu qadın, elmin gücündən istifadə edərək qadınların ləyaqətini və qürurunu gücləndirmək, onların fiziki və mənəvi cəhətdən inkişaf etmələrinə kömək etmək üçün göstərdiyi qeyri-adi səylərə görə bu ilki mükafata layiq görülür", -deyə qeyd edilib.

Con Templeton Fondunun prezidenti Hizer Templeton bildirib ki, Edna Adan mükafatı qazanan ilk afrikalı qadın olub. 85 yaşlı mükafatçı qadın sünnətinin İslam təlimlərini pozduğunu və qadınların psixoloji və fiziki zərər gördüklərini təbliğ edib və buna qarşı mübarizə aparıb.

İlk dəfə 1974-cü ildə İngilis zəngin xeyriyyəçi Sir Con Templeton tərəfindən yaradılan bu mükafat elmin töhfəsi ilə din və mənəviyyat sahəsində mühüm araşdırmalar aparan beynəlxalq simalara verilir.

Mükafat həmçinin, kainatın ən dərin suallarını və bəşəriyyətin kainatdakı yerini və məqsədini araşdırmaq üçün elmlərin gücündən istifadə edənləri şərəfləndirmək məqsədi daşıyır.

saglamolun.az



Xəbəri paylaş

3278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___