Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtobuslarda gediş haqqı yenidən artacaq? - AÇIQLAMA
Tarix: 14-05-2023 | Saat: 15:28
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Ötən gün Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.

Məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayan şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildiriblər.

Daşıyıcı şirkətlərin müraciətində bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib: "Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”.

Məsələ ilə bağlı atv-yə danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dövlət bu gün daşıyıcı şirkətlərlə bağlı yükü öz üzərinə götürməmək üçün müəyyən subsidiyalarla əzl sektorun qalmasına imkan yaratmalıdır. 

Ətraflı videomaterialda izləyə bilərsiniz:









Xəbəri paylaş

1988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___