Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
50 il sürücülük vəsiqəsi olmadan maşın sürdü
Tarix: 12-05-2023 | Saat: 09:24
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Böyük Britaniyanın Derbişir qraflığında polis 50 ildən çox sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 69 yaşlı kişini həbs edib.

Polis bir neçə qayda pozuntusuna yol verdiyi üçün sürücünü saxlayıb. Yoxlama zamanı məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur. Məlum olub ki, britaniyalı 19 yaşından avtomobil idarə edirmiş, baxmayaraq ki, o, heç vaxt imtahandan keçməyib və nəqliyyat vasitəsini idarə etmək üçün icazə almayıb. O, sığorta şirkətlərini lazımi sənədlərin əlində olduğunu deyərək aldadıb. Bütün bu illər ərzində o, sürücülük vəsiqəsinin olmaması ilə dostları arasında və ailəsində öyünürmüş.

Polis britaniyalının avtomobilini müsadirə edib və onu cinayətlərdə ittiham edib. “Nəhayət, bu qəbuledilməz davranış dayandırıldı. Əgər o, qəzaya düşsəydi və biz təzminat ödəsəydik, ondan bütün məbləği geri qaytarmasını tələb edərdik”, –Avtomobil Sığortaçıları Bürosunun sözçüsü Pol Farli bildirib.



Xəbəri paylaş

4388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___