Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Öpüşənlərə XƏBƏRDARLIQ: Bu xəstəliyə yoluxa bilərsiniz
Tarix: 04-05-2023 | Saat: 10:16
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Cinsi yolla keçən xəstəliklərin ötürülməsi ilə bağlı araşdırmaların meta-analizi göstərib ki, süzənək öpüşmə yolu ilə yoluxa bilər.

Melburn Cinsi Sağlamlıq Mərkəzinin avstraliyalı alimlərinin araşdırması zamanı cinsi yolla ötürülən xəstəliyi olan 2322 insanla müsahibə aparılıb. Məlum olub ki, qeydə alınan cinsi yolla keçən xəstəliklər (STD) arasında insanlar süzənəyə yalnız cinsi əlaqə yolu ilə deyil, həm də öpüşmə yolu ilə yoluxurlar.

Alimlər aydınlaşdırıblar ki, bu zaman süzənək çox güman ki, boğazın arxa hissəsində olan orofarenksdə (orofarenks boğazın arxasındaki boşluqdur-red.) baş verir.


Süzənək bakteriyası tüpürcəkdən bədənə daxil ola bilər, tədqiqatçılar öpüşmə zamanı tüpürcək mübadiləsi yolu ilə potensial infeksiyanın olduğunu göstərir. Bundan əlavə, cinsi əlaqə zamanı tüpürcəyin sürtkü kimi istifadəsi də bu növ xəstəliyə yoluxma riski yaradır.

Alimlər qeyd ediblər ki, süzənəyə yoluxmanın əsas yolu cinsi əlaqə zamanı, qorunmayan oral, vaginal və ya anal cinsi əlaqə zamanı baş verir. Öpüşmə nəticəsində süzənəyə yoluxma riskinə baxmayaraq, cinsi əlaqə zamanı cinsi yolla bulaşan yoluxma riski hələ də daha yüksəkdir. Alimlər cinsi yolla ötürülən xəstəliklər və HİV üçün müntəzəm olaraq test etməyi tövsiyə etdilər.

 



Xəbəri paylaş

2378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___