Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda sürücü "Prius"u polislərin üstünə sürdü, maşınları əzdi - VİDEO
Tarix: 28-04-2023 | Saat: 11:20
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakının Nəsimi rayonunda Toyota "Prius"un sürücüsü avtomobili polislərin üzərinə sürüb. 

Görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında baş verib.

Avtomobili nömrəsiz idarə edən şəxs, yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və daha sonra maşını polislərin üzərinə sürüb. O, həm də qəsdən maşınını DYP-yə məxsus xidməti avtomobilə vurub.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli  bildirib ki, bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız Prius markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb, polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmayıb və nəticədə bir neçə nəqliyyat vasitəsinə də maddi ziyan dəyib:

"Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək".




Xəbəri paylaş

5128 dəfə oxunub.

Digər xəbərlər
18-05-2017, 14:50 Millimiz FİNALDA

bütün xəbərlər
____ Instagram ___