Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda iki nəfər sürücünü boğmağa cəhd edib, avtomobili qaçırıb
Tarix: 24-04-2023 | Saat: 13:46
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bakıda sürücüyə qarşı quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində "Khazar" markalı bir avtomobildə olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.





Xəbəri paylaş

1358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___