Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İmsakda 2 dilim ANANAS YEYİN - MÖHTƏŞƏM FAYDALARI
Tarix: 09-04-2023 | Saat: 10:47
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Sağlam sahur süfrəsində olması lazım olan qidalardan biri də ananasdır. Çünki ananas həm yüksək miqdarda lif, həm də maye ehtiva edən qidadır. Ertəsi gün uzun müddətli orucluqda yaşana biləcək xəstəliklər riskini azaldır.

Ətirli və ətli teksturası ilə ağız sulandıran ananas ən çox seçilən tropik meyvələrdən biridir. Tərkibində yüksək miqdarda A vitamini və kalsium var. Həm də liflə zəngin olduğundan həzmini asanlaşdırır. Qədim dövrlərdə kəşf edilən ananas xüsusilə ruhi xəstəliklərə yaxşı təsir etdiyi üçün tövsiyə edilmişdir. Həm mürəbbə, həm də meyvə şirəsi şəklində istehlak edilir. Mütəxəssislər bütün bunlara əlavə olaraq Ramazan ayının ən vacib yeməyi olan sahurda xüsusilə 2 dilim istehlak edilməsini tövsiyə edir.


C vitamini ilə zəngin olan ananasın yalnız iki diliminin sahurda istehlakı ertəsi gün orqanizmin viruslara qarşı daha davamlı olmasını dəstəkləyir.

Aclıq və susuzluqdan yaranan ağız qoxusu probleminin də qarşısını alır. Bundan əlavə, ağızda infeksiyanı azaldır. Qida tullantılarının dildə yaranan qoxusunun qarşısını alır. Ananasın tərkibində təbii şəkər var.

Bədənin təzyiqini tarazlaşdıraraq, ertəsi gün yaşanma ehtimalı olan yüksək təzyiq riskini azaldır. Qan axını tənzimləyir.

Ramazanda həzm problemi yaşamaq istəməyənlərə sahurda iki dilim ananas yeməsi tövsiyə edilir.

Tərkibindəki lif sayəsində həzmi asanlaşdırır və Ramazan ayında belə arıqlamağa kömək edir. Yağların yandırılmasını sürətləndirir və bədəndə sağlam qidaların udulmasını dəstəkləyir.




Xəbəri paylaş

1438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___