Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fazil Mustafadan sui-qəsddən sonra İLK PAYLAŞIM - Dünən 3 saatdan artıq…
Tarix: 08-04-2023 | Saat: 12:00
Bölmə:Karusel / M / Gündəm | çapa göndər






Deputat Fazil Mustafa ona qarşı edilən sui-qəsddən sonra ilk dəfə paylaşım edib.

Deputat paylaşımında yenidən əməliyyat olunduğunu və hazırda sağlıq durumunun yaxşılığa doğru getdiyini bildirib:

"Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personaləmızdan razı olsun.

Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!"



Qeyd edək ki, F.Mustafa martın 28-də yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından açılan atəşlə güllələnib. Ona qarşı edilən terror aktı nətisində F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. 




Xəbəri paylaş

4688 dəfə oxunub.

Digər xəbərlər
8-05-2020, 01:44 İranda zəlzələ oldu

bütün xəbərlər
____ Instagram ___