Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəzər dənizində suyun azalması pik həddə: gəmilərin hərəkəti müşkülə çevriləcək - VİDEO
Tarix: 07-04-2023 | Saat: 13:02
Bölmə:Karusel / M / Gündəm / Xəbəraz TV | çapa göndər

Xəzər dənizinin səviyyəsi ildən-ilə azalmağa davam edir.

Xəzər TV rəsmi mənbələrə istinadən məlumat verir ki, azalma bu templə davam edərsə 10 il sonra Xəzərdə gəmilərin hərəkəti müşkülə çevriləcək.

Bəs suyun səviyyəsinin bu qədər enməsinə səbəb nədir?

Coğrafiya institutunun şöbə müdiri Səid Səfərov "Xəzər Xəbər"deyir ki, Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün səviyyənin artması və ya azalması əsasən inqlim dəyişikliyi ilə bağlı olur. Dənizi qidalandıran çayların səviyyəsi də buna birbaşa təsir edir.

Şöbə müdiri əlavə edib ki, Kür çayının ölkəmizə daxil olan hissəsindəki səviyyəsi ötən ilə nisbətən 30 faiz çoxdur. Lakin çay Azərbaycana daxil olduqdan sonra sanki buxarlanır.

Kür çayının səviyyəsinin aşağı olması, eləcə də iqlim dəyişiklikləri xəzərin səviyyəsinə ciddi təsir edir.

Səid Səfərov deyir ki, hazırda suyun səviyyəsində 32 sm azalma müşahidə olunur.

Azərbaycan ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-dən bildirilib ki,  gəmilərin körpülərə maneəsiz yan almasının təmin edilməsi üçün Bakı limanında mütəmadi dib dərinləşdirmə işləri həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 






Xəbəri paylaş

3388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___