Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mədə qıcqırması olanlar RAMAZANDA BUNLARA DİQQƏT ETMƏLİDİR
Tarix: 31-03-2023 | Saat: 10:43
Bölmə:Karusel / Səhiyyə | çapa göndər




Qastroezofageal Reflüks Xəstəliyi olanlar olanlar üçün oruc tutarkən diqqət edilməsi lazım olan bəzi məqamlar var. Bununla bağlı türkiyəli qastroenterologiya mütəxəssisi professor Esin Qorqud açıqlama verib.

Onun sözlərinə görə Ramazanda nəyinki, xəstəliyi olanlar bütün oruc tutan hərkəs qidalanmasına xüsusi diqqət etməlidirlər. İmsak və iftarda bir öyün yeməyin miqdarından artıq qidalanmaq doğru deyil.


“Bəzən insanlar çox yesələr daha tox qalacaqlarını düşünürlər, amma bu yanlış fikirdir. Qidanın miqdarı deyil, özü önəmlidir. Nə yediyimizə xüsusi diqqət etməliyik. İftar və imsak zamanı böyük porsiyalar, duzlu, yağlı qidalara üsztünlük vermək olmaz”,-deyə qastroentoloq bildirib.

Mütəxəssis qeyd edib ki, qastroezofageal Reflüks Xəstəliyi olanlat qidanın qidaya necə təsir etdiyini ziləməlidirlər. Ağır yağlı, ədviyyatlı yeməklər yerinə daha yüngül şorba, süd məhsulları, tərəvəz və zeytun yağı ilə bişirilmiş qidalar istehlak edilməlidir. Liflə zəngin qidalar insanı uzun müddət tox saxlayır. Mədə yanmasını, qıcqırmasını azaldır.

Professor Esin Qorqud onu da əlavə edib ki, oruc tutan şəxs qidalanmadan dərhal sonra yatmamalıdır. Reflüks xəstəliyi olanlar hündür yastıqlardan istifadə etməlidirlər. 2-3 yastıqla yatmaq da əslində çarə deyil, yaxşı olar ki, reflüks xəstələri üçün özəl hazırlanmış yastıqdan istifadə edilsin. Ramazanda kofeinli və qazlı içkilərdən uzaq durmaq lazımdır. Əvəzində bitki çaylarına üstünlük verə bilərsiniz.

Qeyd edək ki, reflüks xəstəliyi mədə və bəzi hallarda mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə atılması nəticəsində döş sümüyü arxasında hiss edilən yanma (qıcqırma) hissidir.


 



Xəbəri paylaş

3308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___