Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda taksi sürücüsünü sükan arxasında DÖYÜBLƏR: qəza törədib - FOTO
Tarix: 31-03-2023 | Saat: 10:39
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Bakının Binəqədi rayonunda sahibkar sürücünü döydüyü üçün qəza baş verib.

Hadisə Mir Cəlal Paşayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, Bayramov Tural "Toyota" markalı maşınla hərəkətdə olarkən kəsişmədə idarəetməni itirərək avtomobilini əvvəlcə "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpıb.

Daha sonra taksi fəaliyyəti ilə məşğul olan sürücü maşınını "Toyota Land Cruiser"ə çırpıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürücü T.Bayramov APA-ya bildirib ki, o sükan arxasında olarkən maşında olan üç sərnişin onu döyüb.

Onlardan biri taksi sahəsində sahibkar olub.

Sürücü iddia edib ki, sahibkar ondan min manat istəyib.

Elə mübahisə də burdan başlayıb.

Turalın iddiasına görə, qəza o döyülərkən baş verib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Sürücünün şikayəti üzrə 3 nəfər axtarılır.

Apa

Məqaləyə dair fotomateriallar:





Xəbəri paylaş

2878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___