Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yazın gəlişi ilə bu xəstəliklər çoxalır - DİQQƏTLİ OLUN
Tarix: 15-03-2023 | Saat: 11:27
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



Yazın gəlişi ilə təbiət oyanır, əhvali-ruhiyyə yüksəlir. Təbiətin oyanmasının müsbət təsirləri ilə yanaşı mənfi fəsadları da var.

Xüsusilə allergiyası olanlar yaz gələn kimi əziyyət çəkməyə başlayırlar. Çiçəklərdə gedən tozlanma prosesi onlarda allergik reaksiyalar əmələ gətirir.


Mütəxəssislərin sözlərinə görə, hər il mart ayında həmin allergiya növü ilə əlaqədar şikayətlər artır, əlamətlər isə fərqli olur.

Pollinozun başqa forması tozcuq bronxial astmadır. Bronxial astma xəstələrinə isə boğulma, təngnəfəslik, xışıltılı tənəffüs kimi əlamətlər xasdır. Aparılan müayinə zamanı ağciyərlərdə quru fitverici xırıltılar özünü büruzə verir.

Mütəxəssislər allergiyası olanların xüsusilə yaz aylarında qida rasionuna daha çox diqqət yetirməli olduğunu bildirirlər. Qida allergiyasının klinik əlamətləri əsasən qidanın istehlakından sonra 2 dəqiqədən 2 saat müddətində meydana çıxır. Bunlara dəridə səpgi, qızartı, ağız nahiyəsində qıcolma, nəfəsalmada çətinlik, huşun itməsi, qarında spazm kimi əlamətlər aiddir. Novruz bayramında nəzərə almaq lazımdır ki, bəzi qida məhsulları və təamlar da allergik reaksiyaya səbəb ola bilər. Məsələn, yumurta çox güclü allergik məhsul sayılır. Qoz, fındıq, yerfındığı və başqaları da allergik qida hesab olunur.

Mövsümü allergiyaların birdəfəlik tam müalicəsi olmasa da, xəstəlikdən əziyyət çəkənlər hər il həkim tərəfindən təyin olunan müalicəni davam etməlidirlər

Mütəxəssislər allergiyaya qarşı bir sıra profilaktik tədbirlərin görülməsini məsləhət görürlər. Mövsüm dəyişikliyi dövründə allergiya yarada biləcək qidalardan uzaq olmaq və çiçəklərin tozlanmasının ən çox səhər saatlarında olduğunu nəzərə alaraq həmin saatlarda vacib olmadığı halda evdən çıxmamaq tövsiyə edilir.







Xəbəri paylaş

2238 dəfə oxunub.

Digər xəbərlər
12-04-2018, 11:31 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___