Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"O maşının fotosunu heç vaxt unutmayacağam" - Sertab Erener
Tarix: 10-03-2023 | Saat: 13:54
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər



Ötən gün Bakıda türkiyəli müğənni Sertab Erenerin konserti baş tutub.

Ikinci dəfə Bakıya səfər edən ifaçı şəhərlə bağlı təəssüratlarını bölüşüb.

“Bakıda iki dəfə olmuşam. Bu dəfə gəzdim və böyük dəyişikliklərin olduğunu gördüm, şəhərə aşiq oldum. İnanılmazdır, amma tamamilə fərqli bir Bakı gördüm, çox xoşuma gəldi. Yenidən sizinlə olmaqdan şadam”.

Sertab Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı danışaraq ölkəsinə yardım etdiyi üçün Azətbaycana təşəkkür edib:

"Əminəm ki, bizim yaşadıqlarımızı siz də hiss etdiniz. Zəlzələdən zərərçəkənlərə yardım aparan maşının fotosunu ("07" markalı avtomobili ilə yük daşıyan Sərvər Bəşirlini nəzərdə tutur - red.) heç vaxt unutmayacağam. Dəstək üçün təşəkkür edirik”.

Xatırladaq ki, "07" markalı köhnə avtomobili ilə Sərvər Bəşirli adlı şəxs Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım aparan zaman görüntülənib. Onun bu fotosu hər iki ölkənin sosial media seqmentində paylaşılaraq maraq oyatmışdı.

Qeyd edək ki, müğənni Bakıdakı konsertindən əldə etdiyi gəliri zərərçəkənlərə yardım üçün "AFAD"ın hesabına köçürəcəyini bildirmişdi.




Xəbəri paylaş

1858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___