Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" ƏLƏ KEÇDİ - FOTO
Tarix: 27-02-2023 | Saat: 12:59
Bölmə:Karusel / Foto-fakt / Hadisə | çapa göndər

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib. 

Bu  barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.  Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib. 

Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

İş "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) dəstəsinin tərkibində olan azərbaycanlılar Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlindən gedir. Bu, 2009-cu il mayın 15-də baş verib. Hücumçular qurbanları BMW X5 markalı avtomobildə TT tapançası və Kalaşnikov avtomatından güllələyiblər.


İttihamda deyilir ki, hücuma Moskvanın meyvə-tərəvəz bazarı səbəb olub. 

unikal

Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş

2208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___