Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yaşayış binasında partlayış oldu - VİDEO
Tarix: 20-02-2023 | Saat: 17:16
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV / Foto-fakt | çapa göndər

Bakıda yaşayış binasında partlayış oldu - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində, ilkin ehtimala görə, hamam otağındakı su qızdırıcısında yanğınla müşahidə edilməyən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı mənzilin hamam otağına ziyan dəyib, partlayış dalğasının təsirindən pəncərə və qapı çərçivəsi yerindən çıxıb, xəsarət alan olmayıb. Həmçinin, partlayış nəticəsində binanın yaxınlığında dayanan bir ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Bakıda yaşayış binasında partlayış oldu - VİDEO
  • Bakıda yaşayış binasında partlayış oldu - VİDEO
  • Bakıda yaşayış binasında partlayış oldu - VİDEO



D



Xəbəri paylaş

2538 dəfə oxunub.

Digər xəbərlər
10-06-2017, 11:57 36 dərəcə isti olacaq

bütün xəbərlər
____ Instagram ___