Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə “yamadılar” - FOTO
Tarix: 15-02-2023 | Saat: 14:31
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Bu mənzərə ucqar kəndlərdə deyil, Bakının Xətai rayonunda qeydə alınıb. Bura 3-4 min nəfər insanın yaşadığı böyük bir küçənin, Mirzə Davud küçəsinin girişidir. 

Xeberaz.Az bildirir ki, lent.az bu yolun bərbad vəziyyətdə olması barədə əvvəllər də material hazırlayıb. Kanalizasiya sularının axdığı, çala-çuxur yolda dəfələrlə insanlar yıxılıb, xəsarət alıblar. Yerli bələdiyyə hər gün yüzlərlə insanın, xüsusən məktəblilərin keçib getdiyi bu yolu gah karton kağızlarla, gah taxta parçaları ilə, gah da torpaq tökərək abıra salmaq istəyib. Amma göydən bir damla yağış düşən kimi torpaq, karton bir-birinə qarışıb, çox biabırçı vəziyyət yaranıb. 

İndi isə bu yola xalı sərərək, eyiblərini örtməyə çalışıblar. Bu, dünyanın heç bir yerində görünməmiş bir haldır. Analoqu yoxdur.

Mirzə Davud küçəsinin sakinləri dəfələrlə yolun təmir edilməsi xahişi ilə əlaqədar qurumlara müraciət ediblər. Küçədə yollar o dərəcədə bərbad haldadır ki, taksi sürücüləri bu əraziyə gəlmək istəmir, yanğın, təcili tibbi yardım maşınları bu küçəyə gəlib xəstə apararkən özləri "xəstə" düşür, evakuatorla geriyə qayıdırlar.


Anlamaq olmur, Xətai Rayon İcra Hakimiyyəti, yolların təmir tikintisi ilə məşğul olan qurumlar bu analoqu olmayan təmir üsulları ilə əraziyə turist cəlb etməyə çalışırlar, yoxsa insanlara o qədər çox dəyər verirlər ki, gələn-gedənin ayağı altına xalı sərirlər. Amma, nə yazıq ki, qırmızı xalı yox,  suyun üzərini örtmək üçün palçıqlı xalı.


Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş

2458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___