Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dağıntılar altında 12 zeytunla 32 saatlıq həyat mübarizəsi... - FOTO
Tarix: 12-02-2023 | Saat: 16:16
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Gündəm / Dünya | çapa göndər



Hatayda dağıntılar altından çıxarılaraq müalicə olunduqdan sonra Ankara Bilkent Şəhər Xəstəxanasına gətirilən 32 yaşlı Yüksel Ergit zəlzələ zamanı yaşadıqlarını "Anadolu" agentliyinə danışıb.

 Ankarada özəl bir şirkətdə işlədiyini və qısamüddətli təyinatla Hatay'a getdiyini bildirən Ergit, zəlzələ zamanı qaldığı otel otağında stolun altına sığındığını bildirib.

"İçində olduğum dağıntının çox kiçik bir mənzərəsi var idi, gecə və ya gündüz olduğunu bilmədim. Sanki 10 gün idi orada idim. Dağıntılar altında olanda davamlı təkanlar olurdu, üstümə düşən kərpicləri hava almaq üçün dirsəyimlə sındırırdım. Kərpicləri sındırarkən içəridə bir torba tapdım, içində sadəcə 12 ədəd zeytun var idi. Onu götürdüm, hər dəfə istəyəndə yedim. Düzü, istəyib-istəmədiyimdən əmin deyiləm, amma yedim. 32 saat sonra dağıntılar altından xilas oldum", - Ergit əlavə edib.


Məqaləyə dair fotomateriallar:





Xəbəri paylaş

1548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___