Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yoxdur" - Fazil Mustafa
Tarix: 10-02-2023 | Saat: 11:14
Bölmə:Karusel / M / Gündəm | çapa göndər

"Vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yoxdur" - Fazil Mustafa


"Sosial şəbəkə meymunları yenə də dövriyəyə girdi. Məsxərə ilə paylaşırlar ki, görəsən millət vəkilləri öz maaşlarını Türkiyəyə yardım üçün göndərdilərmi? Bay və bayan  meymunlar, agah olun ki, Milli Məclisin sədrindən başlamış sıravi deputata qədər hamısı könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib".

Bunu deputat Fazil Mustafa deyib.

"Üstəlik də ayrı-ayrı yardım toplama məntəqələrdə yaşam üçün vacib malları da hazırlayıb təhvil verən xeyli deputatlar var. Bunu reklam etmək üçün hər qutunun yanında şəkilmi çəkdirməlidirlər? Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bölücülüklə məşğul olmağa nə gərək var? Prezidenti də, deputatı da, məmuru da, ziyalısı da, müəllimi də, həkimi də, hətta məktəblisi də Türkiyənin acısını öz canında hiss edir, əlindən gələni əsirgəmir. Bu gün hər bir ləyaqətli azərbaycanlı həqiqətən də Türkiyə ilə nəfəs alır. Bu yersiz  hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız?", - deyə o qeyd edib.




Xəbəri paylaş

4278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___