Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İSA HƏBİBBƏYLİNİN KİRVƏSİ NAXÇIVANDA “FİRONLUQ” EDİR” - Sabirkənd məktəbinin sakinləri “Fərəcovlar mafiyası”ndan şikayətçidir
Tarix: 18-01-2023 | Saat: 14:57
Bölmə:Karusel / M / Gündəm / Xəbəraz TV / Reportaj / Araşdırma | çapa göndər


Naxçıvan şəhər, Sabirkənd sakinlari tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, qorxularından evlərində yata bilmirlər:

“Biz, Sabirkənd sakinləri, qorxumuzdan evlərimizdə rahat yatada bilmirik. Bəzilərimiz başqa rayonlardan gəlib, burada müəllim işləyirik. Və sizləri inandıraq ki, burda olan özbaşınalıqlar, harınlamışlıq heç bir yerdə yoxdur.

Bu problem tək məktəblərdə və ya kənddə deyil, ümumilikdə rayondadır. Dəfələrlə şikayət etsək də, heç bir nəticə yoxdur. Hər dəfə şikayətlərdən sonra bizləri daha çox incidirlər. “Hara istəyirsən get şikayət et, hər şey biz deyən kimi olmalıdır”, deyirlər.

Ailəsi olmayan insanları gecələr qorxudur, pəncərəyə işıq salıb, əcaib səslər yaradırdılar. Qapını açmağa çalışırdılar. Bu səbəbdən də adlarımızın çəkilməsini istəmirik.

Sabirkənd məktəbinə təyinatla gələn müəllimlərin başına “itin oyunu”nu açırlar. Şər-böhtan atıb biabr edirlər.

Bütün kənd artıq razılaşır ki, buranı “Fərəcovlar mafiyası” idarə edir. Gəlinləri Nahidə Mehdiyeva müəllimləri təhqir edir, uşaqları incidir. Məktəbin 80 faizi öz qohum əqrabalarıdır. Hətta orada diplomsuz adamları belə işlədilir. Dərnəklərin hamısında öz adları yazılır.

Dəfələrlə nazirliyə müraciət etdik ki, gizli əməliyyat aparılsın, amma məhəl qoyan olmadı. Nazirlik, polis, hər kəs - burdakı bütün qurumlar Fərəcovlardan qorxurlar. Məktəb direktorunun əri Araz Fərəcov istədiyi vaxt məktəbə gəlib, cədvəli özü hazırlayır və bizlərə deyir ki, “hamınızı mələdəcəm”. Belə tərbiyəsiz adamlarla çörək pulu qazanmaq üçün məcburi qalıb işləyirik. Kurs açıblar kənddə. Adını qoyublar ki, nazırindir. Kursda 200 uşaq var. Şagirdlərə qul kimi davranırlar. Başqa yerə hazırlığa gedən uşaqlara hədə-qorxu gəlirlər. Müəllimlərə tapşırıq verir ki, həmin uşaqlara dərs keçməyin.

Məktəbin direktoru Namidə Mehdiyeva psixoloqu hər kəsin gözü önündə döydü. Şikayətə getmək istəyən psixoloqun ərini isə icra başçısının müavini Elvin müəllim hədələdi. Xəlil Fərəcovla məktəbə gəlib psixoloqu necə hədələdilərsə, şikayət etməkdən imtina etdilər.

Onu da qeyd edək ki, Fərəcovlar İsa Həbibbəylinin kirvəsidir. Onun hesabına insanlara divan tuturlar.

Fərəcovlardan biri - Şaban Fərəcov biologiya müəllimidir. 2 cümləni ifadə edib, danışa bilməyən adam məktəbə ilan gətirib hər kəsi təhlükəyə salır. Uşaqlarla kobud davranır, onlara şiddət göstərir. Biz bu şikayətlərimizi danışmağa bir nümayəndə tapmırıq.

Sizin sayt vasitəsilə müraciət edir və çox xahiş edirik ki, gizli yoxlanış göndərilsin, bunların fironluqlarına son qoyulsun”.


Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

MƏNBƏHurriyyet.az




Xəbəri paylaş

4058 dəfə oxunub.

Digər xəbərlər
19-03-2015, 17:07 Piyada qəzada öldü
30-03-2017, 11:53 Tahir İmanov ata oldu

bütün xəbərlər
____ Instagram ___