Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda avtomobilə yol verməyən sürücü küçədə qətlə yetirildi
Tarix: 06-01-2023 | Saat: 12:40
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bakıda iki sürücünün bir birinə yol verməməsi qətllə nəticələnib.

Hadisə bu gün gecə saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Qənbərov Qənbər Elman oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən avtomobilin sürücüsü, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Sənan Şirxan oğlu arasında mübahisə yaranıb. Mübahisə S. Hacıyevin Q. Qənbərova yol verməməsi üstə baş verib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya səbəb olub. Nəticədə S. Hacıyev üzərində gəzdirdiyi bıçaqla Q. Qənbərova bədəninin müxtəlif hissələrindən bir neçə bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə "Yeni Klinika"ya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q. Qənbərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən S. Hacıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.




Xəbəri paylaş

1918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___