Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİN-dən şaxtalı hava ilə bağlı XƏBƏRDARLIQ - Bunlara əməl edin...
Tarix: 05-01-2023 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər






Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Məlumata görə, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Baş Dövlət Yol Polis İdarəsinin hərəkətin təhlükəsizliyin təbliği ve ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis leytenantı Hacıyev Elvin  açıqlamasında verilən proqnozla əlaqədar sürücüləri ehtiyatlı olmağa çağırıb:

"Dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin aşma və ya qopma ehtimalı olan digər əşyaların yaxınlığı və altında saxlamamağı, meteroloji şəratə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyanları, şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamalı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumuna görə təhükəsizlik qaydalarına daha ciddi əməl etməli, özləri və başqalarının həyatını təhlükəyə atmamlıdır".




Xəbəri paylaş

3768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___