Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Onu şam ağacının yanına qoyun və varlanın - Tanınmış astroloqdan ŞOK PROQNOZ
Tarix: 01-01-2023 | Saat: 13:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

"2023-cü il rəqəmlərin birləşməsində 7-ni təşkil edir. 7 mənəvi yüksəlişin simvoludur. Onun talismanı taleyin arabasıdır. 7 ailə dəyərlərinin möhkəmlənməsini simvollaşdırır. 7 sevgi və romantikadır". 

Bunu  astroloq Məryəm Teymur deyib.

O bildirib ki, 7 kodu olan bütün evliliklərə Tanrı tərəfindən xeyir-dua verildiyinə inanılır:

"7 münasibətlərdə sülh və harmoniyadır. Bu il istedadlı, parlaq uşaqlar dünyaya gələcək. 7 uğurlu rəqəmdir və fəaliyyətdə sərbəstlik verir. İstənilən biznes üçün əlverişli başlanğıcdır. Planlaşdırma etmədən qorxmayın, ən cəsarətli ideyaların həyata keçirilməsi üçün ən uğurlu il gəlir. 7 özünə və cəmiyyətə keyfiyyətli xidmət, uğurlu enerji yolu yaratmaqdır. Qərb astroloji təqviminə görə, 2020-ci ildə başlayan dəyişmə tendensiyası növbəti ildə də davam edəcək. Yeni ilə Merkuri və Mars planetləri ilə daxil oluruq. Planetlərin geriyə doğru hərəkəti həmişə narahatlıqlara səbəb olur. Odur ki, mühüm qərar qəbul etməzdən əvvəl mümkün nəticələr və reaksiyaları bilmək üçün retroqrad planetlərin hərəkətlərini öyrənmək məsləhətdir. Bu dövrdə insanı təkcə uğursuzluqlar gözləmir, həm də düşünmək və mühüm qərarlar qəbul etmək zamanıdır. Saturn yanvarın sonunda Oğlaq bürcündən Dolçaya keçid edir. Bir tərəfdən hər şey daha asan olacaq, Dolça gənclik, fantaziya əlamətidir. Əgər bundan əvvəl Oğlaq bürcündə Saturn bəzi sərhədlərə yönəlibsə, keçid etdiyi Dolça bu pessimist, durğun vəziyyəti yüngülləşdirəcək. Digər tərəfdən, Dolça qayda pozandır. Oğlaq bürcündə çox çalışanlar nəhayət Dolça bürcündə öz layiqli qiymətlərini alacaqlar. Bu isə o deməkdir ki, siz daha geniş düşünə, yeni layihələr üçün geniş ideyalar formalaşdıra və onları bazara çıxara bilərsiniz.

Ay və Günəş tutulmaları 

2023-cü ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək. İlk Günəş tutulması 20 apreldə Qoç bürcündə başlayacaq, Ay tutulması ilə 5 mayda başa çatacaq. İkinci Günəş tutulması 14 oktyabr Tərəzi bürcündə başlayıb, Ay tutulması ilə 23 oktyabrda bitəcək.

2023-cü ilin vedik astroloji proqnozu

2022-ci ilin oktyabrından 2023-cü ilin aprelinə qədər Yupiter Balıq bürcündən ayrılır və dövrlərin dəyişməsini ifadə edən Qoç bürcünə daxil olur. Bir sıra dəyişikliklərin sona çatacağını göstərir. Köhnə əbədiyyətə qovuşacaq, yerini yeniliyə verəcək. Qoç qızğın və döyüşkən bürcdür. Onu əsəbləşdirməyə dəyməz. 2023-cü ildə Saturnun hərəkəti və Dolça bürcünün təsiri ideyaların qarşıdurmasından xəbər verir. Qeyri-sabitlik və xaosla yanaşı, bir çox insanlar gələcəkdə nə edəcəkləri barədə inam və fikir sahibi olacaqlar. Saturn Dolça bürcündə hərəkət edir, bu, bir tərəfdən vəziyyəti sərtləşdirəcək, digər tərəfdən isə yeni ideyaların əlaməti üçün imkanlar yaradacaq.


Şərq təqviminə görə, 2023-cü il Qara su dovşanı və ya Pişik ilidir. Bu heyvanların ümid, məhsuldarlıq və firavanlıq vəd etdiyinə inanılır. Çin ənənəsində su uzun ömürlülük və sülh deməkdir. Dovşan isə sayıqlıq, ağıl, ehtiyatlılıq, çeviklik və özünü müdafiə etmə rəmzidir. 5 element dovşan bürcü olur - ağac, alov, torpaq, metal və su. 2023-cü ilin bürcü Su dovşanıdır. O, yumşaqdır, dostdur və müxtəlif mühitə asanlıqla uyğunlaşandır. Çin astrologiyasına görə, Dovşan ilində doğulanlar mülayim, sakit, səbrli və çox məsuliyyətli insanlardır. Onlar reallıqdan qaçmağa meyllidirlər, lakin həmişə ətrafdakılara sadiqdirlər. Su dovşanı ili 22 yanvar 2023-cü ildə başlayacaq və 9 fevral 2024-cü ildə başa çatacaq.

"Fenq-şui"də Dovşan məhsuldarlıq, bolluq, xoşbəxtlik və uzun, şən ömrün simvoludur. Dovşan simvolunu pəncərədə, şam ağacının yanında, ya da evin müəyyən hissəsində çoxlu pulun üzərində yerləşdirmək vacibdir.

2023-cü ildə Çin bürcünün ən şanslı əlamətləri Öküz, Pələng və İlandır. İt, At, Keçi və Donuz ilində doğulanlar bir çox perspektivlərlə qarşılaşacaq və onları reallaşdıracaq. 2023-cü ildə Xoruzlar və Meymunlar uğur qazanmaq üçün çox çalışmalıdırlar. Siçan, Əjdaha dəyişim ili olduğu üçün bu ilin nümayəndələri bütün daxili potensiallarını oyandırmalıdırlar. Dovşan ilində doğulan insanlar üçün diqqətli olmağa dəyər. Çünki bu ildə doğulanlar 2023-cü ildə dəyişikliklərlə qarşılaşacaqlar, tələsik qərarlar verməmək və ehtiyatlı olmaq daha yaxşıdır.

İlin uğurlu rəngləri ağ, qara, mavi, qırmızı, yaşıl və qəhvəyidir".





Xəbəri paylaş

3348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___