Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bir ayın gəlirini bir axşamda yemək: Qiymət artımı bayram keçirməyə əngəl olacaq? - FOTO
Tarix: 30-12-2022 | Saat: 11:45
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat / Foto-fakt | çapa göndər






Yeni il süfrəsinin müxtəlif təamlarla bəzədilməsi və ailə üzvlərinin həmin süfrə ətrafında toplaşması ənənə kimi bu gün də davam etdirilir. Sosial-maddi vəziyyətdən asılı olmayaraq, bu bayram əksəriyyət tərəfindən qeyd olunur.

Sual doğuran məqam budur ki, ərzaq məhsullarının bahalaşması fonunda süfrələrdəki çeşidliliyi necə təmin edək? Bir ailənin Yeni il süfrəsi neçəyə başa gələcək?

Dörd nəfərlik ailənin bayram süfrəsi açması minimum 195-220, maksimum 300-350 (və daha çox) manata başa gəlir. Məbləği xırdalasaq: Yeni il süfrəsinin vazkeçilməz paytaxt salatı 32 manata, dolma, kələm ilə olarsa, 30 manata, yarpaq - 25 manata, aş-qaralı plov 60 manata, ləvəngi toyuqla 15 manata, balıqla 30 manata başa gəlir. İki qazlı içki 6 manata, iki meyvə şirəsi 7 manat, bir alkoqollu içki təxminən 20 manatadır. Hələ sadalanmayan bir çox təamlar da var.

Əhali üçün yaşayış minimumunun ölkə üzrə 210 manat olduğunu nəzərə alsaq, bir ayın gəlirinin bir gün üçün xərclənəcəyini deyə bilərik.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Elçin Süleymanov qeyd edib ki, bayramı evdə keçirmək qat-qat ucuz başa gəlir:

“İnsanları ən çox düşündürən məsələ Yeni il süfrəsinin və atributlarının qiymətidir. Əvvəlki illərə nisbətən inflyasiyanın, dünyada ərzaq qiymətinin artması fonunda dörd nəfərlik ailə üçün Yeni il süfrəsi minimum 170-180 manat, maksimum 250-300 manata başa gəlir.

Amma insanların seçimləri fərqlidir. Bayramı müxtəlif əyləncə məkanlarında şou-proqramları izləməklə keçirmək istəyənlər üçün büdcə daha yüksək - 400-500 manat təşkil edir. Xarici ölkədə keçirmək istəyənlər üçün 4 000-5 000 manata qədər dəyişə bilər. Həm nəqliyyat, həm də hotel xərcləri var. Qiymətlər kifayət qədər yüksəkdir. Bu, ailələrin büdcəsinə kifayət qədər təsir göstərir”.

E.Süleymanov əlavə edib ki, qiymət artımı bayram keçirməyə əngəl deyil:

“Orta statistik ailənin bayram süfrəsi 200 manata başa gəlir. Qiymət artımı insanların bu bayramı keçirmələrinə əngəl törətmir. Qiymət artımı qlobaldır. Əvvəlki ilə görə, orta hesabla 30-40 faiz qiymət artımı müşahidə olunur”.

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, son 12 ay ərzində ərzaq məhsullarının qiymətində həddən artıq artım müşahidə edilir:

“Azərbaycanda rəsmi statistik məlumatlardan onu başa düşmək olur ki, son 12 ay ərzində ərzaq məhsullarında qiymət artımı 20 faizin üzərindədir. Nəzərə alsaq ki, orta aylıq əməkhaqqında artım cəmi 14,5 faizdir, bu o deməkdir ki, inflyasiya işləyən əhalini kasıblaşdırır. Sosial cəhətdən həssas qrupun alışlarında ərzaq xərcləri çoxdur. İnflyasiya ilin əvvəlindəki gəlir artımlarını da neytrallaşdırıb. Əhalinin pulunun real alıcılıq qabiliyyəti düşüb. Bu da alış-verişə mənfi təsir göstərir.

Alıcılıq qabiliyyətinin düşməsinin əsas səbəbi inflyasiyanın insanın gəlirlərinin atımını üstələməsidir. İnsanlar Yeni il tətillərində bir qədər gündəlik xərclərdən kənara çıxmağa çalışırlar. Təntənəli tədbirlərə getməyi fikirləşirlər. Gəlirlərinin real alıcılıq qabiliyyəti düşdüyünə görə, bu imkanları da bir qədər məhdudlaşıb. Gündəlik olmayan alışlarından məhrum olublar. Bunun səbəbi ərzağa çox pul xərcləmələridir”.





Xəbəri paylaş

2088 dəfə oxunub.

Digər xəbərlər
17-10-2015, 13:48 Sibel Can Bakıya gəlir

bütün xəbərlər
____ Instagram ___