Aldığımız mal ətidir, yoxsa at: Necə fərqləndirməli? - Mütəxəssis danışır
Tarix: 25-12-2022 | Saat: 12:55
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Xəbəri paylaş
1738 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-12-2022 | Saat: 12:55
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Qırmızı ətin qiyməti artandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək əti satanların sayı artır. Heç kimə sirr deyil ki, son illərdə Azərbaycanda at əti satmağa cəhd edənlər saxlanılır, onlar barəsində cinayət işi açılır, ən yaxşı halda isə iri məbləğdə cərimə olunurlar.
Bəzi işbazların əməlinin üstü açılsa da, bəziləri bundan yayına bilir.
Bəs at ətini mal ətindən necə ayırmaq olar?
Mövzu ilə bağlı danışan qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov insanların aldanmaması üçün bir sıra tövsiyələr verib:
“At ətini kəsib mal əti adı ilə satan leşsatanlar, vicdanını itirmişlər var. Onlar at ətini mal əti adı ilə insanlara satırsa bu, birbaşa cinayətdir. Bunun qarşısı alınmalıdır və düşünürəm ki, alınır. At ətini satırlar, amma bilinmir ki, həmin at ölmüş at olub, ya qoca olub. Siz mal ətini alırsınız, gətirib evdə qaynadırsınız 1 saata bişmiş olur, amma at ətini 3-4 saat bişirməlisiniz ki, o hazır olsun. Çünki Azərbaycanda yaşlı olmayan atı heç kəs kəsmir, bizdə at yük heyvanı kimi istifadə olunur, artıq at yaşlanır, gücdən düşür, istifadəyə yararsız olur, bu zaman onu kəsib mal ətinin arasında satırlar gedir”.
Ekspertin sözlərinə görə, ətin mənşəyini ilk növbədə rənginə görə ayırd etmək mümkündür:
“Buna aldanmamaq, aldığınız ətin mal əti olub-olmadığını yoxlamaq üçün də yollar var. At ətində olein turşusu çox olur, bu yağ turşusu da tünd sarı, kəhrəba rəngində olur. Siz əgər alacağınız ətdə həmin kəhrəba rəngini görürsünüzsə, ətdə bir balaca qaraltı hiss edirsinizsə, şübhələnə bilərsiniz ki, həmin ət at ətidir və o ətdən uzaq durmalısınız”.
A.Salamov yanlışlıqla at ətini yeyənlərin tibbi baxımdan hər hansı problemlə qarşılaşmayacağını qeyd edib:
“At ətini alıb yesəniz nə zəhərlənəcəksiniz, nə də öləcəksiniz, amma aldanmamaq üçün ətləri fərqləndirməyi bacarmalıyıq.
İnsanları aldatmaq olmaz. Əgər at ətini satmaq istəyirlərsə, bir köşk yaratsınlar, necə ki, donuz əti satılan xüsusi yerlər var, eləcə də at əti satsınlar. Azərbaycan tolerant ölkədir, burada yaşayan qeyri-millətlər, xristianlar var ki, onlar satılan həmin donuz ətini alıb istifadə edirlər. At əti satanlar da bunu qeyd etsin. Kim istəyirsə, gedib alsın və və yesin, amma əmin olun ki, bu ət çox nadir hallarda satılacaq. Çünki ölkəmizdə at ətinə tələbat yoxdur”.

Yenisabah.az
Xəbəri paylaş
Digər xəbərlər
16-08-2015, 19:29
Aparıcı Ece Erken oğlu ilə tətilinə davam edir - Foto
20-09-2016, 09:13
Təcili yardım avtomobili qəzaya uğradı, sürücüsü qaçdı
24-12-2021, 10:47
Mehriban Əliyeva Prezidenti təbrik ETDİ
3-07-2016, 18:12
Azərbaycanda yeddinci beynəlxalq hava limanı açılır
3-06-2016, 20:43
Rusiya o ölkəyə xüsusi təyinatlılarını yeridir
26-06-2023, 14:05
QURUDULMUŞ TUT - Minbir dərdin çarəsi
10-09-2018, 16:19
Ziyalıların təşəbbüsü: parkı təmizlədilər - Foto
10-12-2018, 13:50
Bahar Muradova bəzi şəhid ailələrinin narazılığına MÜNASİBƏT