Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtda kişini boynundan bıçaqlayıb öldürən qadınla bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 01-12-2022 | Saat: 11:13
Bölmə:Karusel / Hadisə | çapa göndər

Sumqayıtda kişini boynundan bıçaqlayıb öldürən qadınla bağlı RƏSMİ AÇIQLAMA


Sumqayıtda kişini qətlə yetirən qadın tutulub.

Sumqayıt şəhər prokurorluğundan  verilən məlumata görə, noyabrın 30-u saat 10 radələrində 1976-cı il təvəllüdlü Aydın Həsənovun yaşadığı evdə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Aydın Həsənovun boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anastasiya Həmzəyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.





Xəbəri paylaş

4558 dəfə oxunub.

Digər xəbərlər
28-02-2017, 10:08 Bakı nefti də ucuzlaşdı

bütün xəbərlər
____ Instagram ___