Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nigar Şabanova ƏMƏLİYYATINDAN DANIŞDI: "Qarnımdakı piylər..." - VİDEO
Tarix: 27-11-2022 | Saat: 11:39
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər



Əməkdar artist Nigar Şabanova aylar əvvəl keçirdiyi plastik əməliyyatdan danışıb.

Sənətçi kompleks etdiyi qarın piylərindən birdəfələk azad olmaq üçün bıçaq altına girərək "liposaksiya" (piy sovdurma əməliyyatı - red.) etdirdiyini açıqlayıb.

"Bol geyimlər geyinirdim ki, kompleks etdiyim qarınım bilinməsin. Arıq olsam da, amma o qarın piyləri ön plana çıxırdı. Kompleksimdən azad olmaq üçün "liposaksiya" əməliyyatı keçirdim. Qarnım vardı. Onu isə əməliyyat vasitəsi ilə aradan qaldırdıq.

Əməliyyatdan əvvəl istədiyim geyimləri geyinə bilmirdim. Bol geyindiyim üçün yaşımdan böyük görsənirdim. İndi isə kompleksimdən azad olduğum üçün daha da incə və arıq görsənirəm", - deyə Nigar bildirib.

Şabanova müsahibəsində daha bir plastik əməliyyat keçirmək niyyətində olduğunu söyləyib:

"Burnumu yenidən plastik əməliyyat etdirmək istəyirəm. Amma burnumun dərisi qalın olduğu üçün heç bir həkim onu əməliyyat etməyi boynuna götürmür".

Qeyd edək ki, Nigar Şabanova illər əvvəl burnunda "rinoplastika" əməliyyatı keçirsə də, istədiyi formanı almadığı üçün "dolğular" vasiyəsi ilə onu daha da incəldib. Bundan başqa müğənni estetik prosedurla dodaqlarının həcmini də böyüdüb.






Xəbəri paylaş

3238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___