Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mahir Cürət: “Meyxana məni məhv etdi” - VİDEO
Tarix: 26-11-2022 | Saat: 10:26
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər




Tanınmış meyxanaçı və qəzəlxan Mahir Cürətin səhhətində ciddi problemlər yaranıb.

Bu barədə BAKU.TV-nin “Arzunun vaxtı” verilişində meyxanaçı danışıb.

“Mahir istədiyi kimi yaşasaydı, o dini və fəlsəfi böyük əsərlər yaratmışdı. Mənim arzularım böyük idi. Mənə meyxana mane oldu. Meyxana məni məhv etdi”.

Səhhətində problemlər olan qəzəlxan qeyd edib ki, televiziyadan meyxana yarışı ilə bağlı gələn təklif səbəbindən təhsil ala bilməyib:

“Yarışdan bir həftə sonra məşhurluqdan şəhərə çıxa bilmirdik. Ayda 100 toya çığırılırdım. Amma bunun ziyanı elm dalınca gedə bilməməyim oldu. Gedib Bağdadda qalıb, bir il ərəb dilini öyrənib, yazsaydım, indi bütün Şərq ədəbiyyatı məni tanıyacaqdı”.

M.Cürətin sözlərinə görə, narkotik istifadəçisi olmasının da səbəbi meyxanadır.

“Yəqin ki, ayaqlarım da ona görə belə oldu. Qanım zəhərləndi. Heç kimi qınamıram. Düzdür, əhatədən çox şey asılıdır, amma bunu insan öz istəyi ilə edir”, - deyə o əlavə edib.

Daha ətraflı verilişi təqdim edirik:



VİDEO




Xəbəri paylaş

3558 dəfə oxunub.

Digər xəbərlər
15-12-2016, 10:55 Nobel laureatı vəfat etdi

bütün xəbərlər
____ Instagram ___