Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əməkdar artistdən İRAD: "Analar qızlarının evini yıxırlar"
Tarix: 21-11-2022 | Saat: 08:50
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər



"Evlənirlər, 2-3 aydan sonra deyir ki, sən məni təmin etmirsən. Baxmır ki, bu fəhlədir. Dəxli yoxdur, deyir, məni təmin etsin. Ay balam, sən bilmirdin kimə gedirsən, bu nə qədər pul qazana bilər? Sən milyonerə ərə getməmisən, maaşa baxan bir oğlana getmisən. Ona görə də ayağını yorğanına görə uzat. İndi elə deyil, qız anası da oradan çıxır, qızını yaşatmaqdan ötrü atılır meydana. Deyir, mən hər şeyi edəcəm ki, qızım bəxtəvər olsun. Nədir? Mən istəyirəm ki, oğlum bədbəxt olsun? Bununla da onlar öz övladlarının evini yıxırlar. Kimsə yaşadığı həyata qane olmaq istəmir. İşləmək də istəmir, qane olmaq da...".

Bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Space" TV-nin efirində yayımlanan "Açıq söhbət" proqramında deyib.

Aktrisa qayınana və gəlin münasibətlərindən də danıışıb: "Həyat yoldaşım mənə limonad, sosiska alırdısa, sevinirdim. İndikilər brilliant, maşın, ev alırlar, amma o sevgi deyil. Boşanmaların səbəbi haqda o qədər danışmaq olar ki... İndi oğlanlarda da, qızlarda da boşluqdur. Qayınana qız alır oğluna, gedir evini satır. O vaxtın qayınanaları zalım idi. Deyirdilər, gəlinin nə ixtiyarı var məndən sonra oyansın. İndikilər deyir, yatsın. Gəlinlərin tələbatı həddindən artıq çoxalıb.

İndi qızlar ağılla ərə gedir, hiss yoxdur. Ona görə də boşanırlar. Onlara ərə getmək lazımdır. Özbaşına hərəkət etmək olmaz. Adam abır-həya ilə yaşamalıdır".




Xəbəri paylaş

3488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___