Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnsanabənzər və “eynəkli” keçi doğulub - FOTO
Tarix: 15-11-2022 | Saat: 15:06
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Dünya | çapa göndər



Hindistanın Madhya-Pradeş ştatının Sironj şəhəri yaxınlığındakı fermada insan sifətli, başında və çənəsində qalın tükü, gözlərinin ətrafında eynəyi xatırladan qara dairələri olan mutant keçi doğulub.

Bu barədə "Daily Star" məlumat yayıb.

Keçisinin ağzı insan ağzına bənzəyən körpəsini görən fermer Nabab Khan heyrətlənib. Heyvanın gözlərinin ətrafında eynəyi xatırladan tünd dairələr, başında və çənəsində qalın ağ tüklər olub. Bütün bunlar keçini qorxulu Santa Klausa oxşadıb.

Ağızın deformasiyası səbəbindən keçi şprisdən süd içməli olub. Heyvanın vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyri-adi keçinin doğulmasından xəbər tutan kəndlilər daha bir neçə keçi və bir camışın olduğu Khanın fermasına gəlməyə başlayıblar.

Baytar Manav Sinqin sözlərinə görə, mutant keçi baş dispepsiyasından əziyyət çəkir. Bu anormallıq 50 000 yeni doğulmuş heyvandan birində baş verir və keçilərə nisbətən iribuynuzlu heyvanlarda daha çox rast gəlinir. Bundan əziyyət çəkən heyvanın başı şişir, buna "hidrosefaliya" deyilir. Bu fenomenin iki səbəbi ola bilər: A vitamini çatışmazlığı və hamiləlik dövründə ananın uyğun olmayan dərmanlardan istifadə etməsi.

Hidrosefaliyada drenaj və artıq maye istehsalı ilə bağlı problemlər səbəbindən beyində çox maye yığılır.


Məqaləyə dair fotomateriallar:





Xəbəri paylaş

4048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___