Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda məşhur xəstəxananın həyətində peyda olan bu narkomanlar kimlərdir? - ARAŞDIRMA
Tarix: 14-11-2022 | Saat: 13:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Kliniki Tibbi Mərkəzin ("Semaşko") həyətində bir neçə şəxsin narkotik vasitədən istifadə etmələri barədə sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı apardığımız araşdırmalar bəzi məqamları üzə çıxarıb.

Məlumata görə, bir neçə şəxsin narkotik vasitədən istifadə etmələri barədə sosial şəbəkələrdə görüntülər həqiqətən baş verib. Kadrlarda görünən həmin şəxslərin hər birinin narkotik vasitədən istifadə etdiyi təsdiqini tapıb.

Lakin araşdırma zamanı o da məlum olub ki, onlar narkotik asıllılığından əziyyət çəkdikləri üçün Tibbi Mərkəzdə profilaktiki qeydiyyatdadırlar. Buna görə də, gündəlik olaraq onlara verilməli olan dərman preparatlarını almaq üçün Kliniki Tibbi Mərkəzə gəlirlər.

Narkomaniyaya düçar olan bu şəxslərin etdikləri (kadrlardakı mənzərə) ilə bağlı ictimai narahatlığı nəzərə alıb mütəxəssislərin fikrini öyrəndik:

Bu məsələ ilə bağlı Bakı Şəhəri Narkoloji Mərkəzinin həkimi, psixiatr-narkoloq, tibb elmləri namizədi Fəzail Sadıqov aydınlıq gətirib:

"90 % insanın bu barədə təsəvvürləri, fikirləri səhvdir. Kliniki Tibbi Mərkəzdə xəstələr var, Bakıda təxminən 700-800 nəfərdir ki, metadon qəbul edirlər. Yəni bunu dövlət tibbi göstərişlərlə onlara verir. 

Bu insanlar narkotik asıllılığı olan insanlardır. Burada söhbət nədən gedir?! Son illərin tibbi yanaşması nədir? Söhbət narkotikin bir dəfəlik kəsilməsindən, onu tərgitməsindən getmir. Çünki əksər hallarda bu variant effekt vermir, insanlar xroniki olaraq narkotik qəbul edirlər. Bu qəbul etdikləri isə sintetik "okium"dur - Metadon, hansı ki, maye şəklində olur.  Bunu onlara həkim komissiyası təyin edir. Onlar da gündəlik gedib onu alırlar, qəbul edirlər. Məqsəd nədir? Qarabazara getməsinlər. Bu dərmanın tibbi nöqteyi nəzərdən digər "okium"lardan - kakos, herain, tiryəkdən üstünlükləri var. 

Biri var leqal (qanuni), biri də var qeyri-leqal. Bu dediyimiz narkotik vasitələr ki var, bunların 95 %-i tibbdə müalicə məqsədilə istifadə olunan dərmanlardır. Ona görə həmişə, hər yerdə deyirlər ki, qeyri-tibbi məqsədlərlə istifadə QADAĞANDIR!

O dərmanların tibbi məqsədlərlə istifadəsi qadağan deyil. Baxır hansı narkotikdən necə istifadə olunur. Okium qrupu (kakos, herain, tiryək) var, onların təbii, yarı təbii - sintetik formaları var. Onlar tibbdə güclü ağrıkəsici məqsədi ilə istifadə olunur. 

Təbii ki, bu narkotik maddələr insanda qısa müddətdə asıllılıq yaradır. Ona görə də, adi insanlar gedib qarabazardan alırlar, istifadə edirlər, qısa müddətə onun üçün çox çətin olur, həyatları uçuruma gedir. Onu nəzərə alın ki, bu insanlar profilaktiki qeydiyyatda yox, QEYDİYYATDADIRLAR! 

Profilaktik o deməkdir ki, onlar hələ xəstə deyillər, epizodik qəbul edirlər. Amma bu kadrlardakı şəxslər xəstədirlər, rəsmi olaraq qeydiyyatdadırlar. Onlar hər gün gəlib orada metadon mayesini qəbul edib, gedirlər. 

İnsanları niyə narahat edir ki, ictimai yerdə tibbi təyinatla ona verilən dərmanı qəbul etməyi? İctimai yerdə şəkər xəstəsi özünə küçənin ortasında insulin vurur, bu, insanları niyə narahat etmir? Bu, bir patologiyadır. Patologiyanın da mahiyyəti asıllılıqdır". 





Xəbəri paylaş

3788 dəfə oxunub.

Digər xəbərlər
19-04-2016, 15:08 O da boşandı... - Fotolar

bütün xəbərlər
____ Instagram ___