Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi - VİDEO
Tarix: 14-11-2022 | Saat: 12:51
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər






“Azyaşlı uşağa maşın idarə etməyə şərait yaratmaq onu çox istəmək deyil. Bu həmin uşağın tərbiyəsinə birbaşa mənfi təsir edir”.

Bu sözləri məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, yol hərəkəti qaydaları kimi həyati əhəmiyyətli qaydaları pozmaq, cəmiyyətə mənfi nümunə olmaq yolverilməzdir:

“Sürücülük hüququnun olmaması kifayət qədər ağır məsələdir, qaldı ki, azyaşlı uşağa sükan əmanət etmək. Qanunla 12 yaşı tamam olmayan uşaqlar avtomobilin ön oturacağında xüsusi oturacaq olmadan otura bilməzlər. Bu təfəkkür, bu cür düşüncəsiz davranışlar sabah o uşaqların yol hərəkəti qaydalarına laqeyd yanaşmalarına zəmin yaradacaq. Uşağın düşüncə tərzinə mənfi nüanslar aşılamaq olmaz. Bunun hüquqi məsuliyyəti var. Ondan əlavə də cəmiyyət özü bu cür məsələlərə qarşı ictimai qınaq formalaşdırmalıdır. Məsələ ilə bağlı polis tərəfindən hüquqi qiymət veriləcək. Bu hadisənin misalında cəmiyyəti bu cür yanlış hərəkətlərdən çəkinməyə, bunu qəhrəmanlıq kimi ictimailəşdirməyə can atmamağa çağırış edirik”.



VİDEO



Xəbəri paylaş

3228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___