Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda metroda gənc qıza qarşı əxlaqsızlıq edib yumruqla vurdu
Tarix: 04-11-2022 | Saat: 11:12
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında insident baş verib.

Noyabrın 2-si, saat 8 radələrində qatarda sıxlıq olarkən gənc oğlan 2000-ci il təvəllüdlü Ş.Fətullayevə (şərti soyadlı) qarşı əxlaqsız hərəkətlər edib. 22 yaşlı qız həmin şəxsə irad bildirdikdə mübahisə baş verib və o, qızı yumruqla vuraraq oradan uzaqlaşıb.

Hadisədən sonra Ş.Fətullayeva qatarı tərk edərək metroda xidmət aparan polis əməkdaşlarına müraciət edib.

Ş.Fətullayeva  açıqlamasında bildirib ki, ona qarşı nalayiq hərəkətlər edən şəxs təxminən 24-25 yaşında olub: "Mən ona irad bildirəndə yumruqla vurmağa başladı, dərhal polisə müraciət etdim, gedib şikayət ərizəsi yazdım. Həmçinin tibbi ekspertizadan keçdim. Hələlik həmin şəxs tutulmayıb".

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.




Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___