Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əliyev Putini və Paşinyanı fakt qarşısında qoydu - Soçi görüşünə REAKSİYALAR
Tarix: 01-11-2022 | Saat: 10:22
Bölmə:Karusel / M / Gündəm / Siyasət | çapa göndər

Əliyev Putini və Paşinyanı fakt qarşısında qoydu - Soçi görüşünə REAKSİYALAR

Ötən gün - oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib. 

 

Üçtərəfli bəyanatda Qarabağla bağlı hər hansı məqam yer almayıb, sənəddə əsasən sülhə nail olmaq üçün qarşıdakı hədəflər müəyyən edilib.

 

Ümumilikdə Soçi görüşündə ciddi razılıq əldə olunmasa da, danışıqların tərəflər üçün faydalı olduğu bildirilir. Danışıqlardan sonra mətbuata açıqlama verən Rusiya lideri Vladimir Putin bildirib ki, üçtərəfli görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaradıb.

 

"Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır", - Putin Soçi görüşündən danışıb.

 

Bəs, görüşün nəticələrini necə qiymətləndirmək olar?

 

Deputat Azay Quliyev bildirib ki, Rusiya və Ermənistanın görüşdən əvvəl milli maraqlarımızın əleyhinə səsləndirdiyi tezislər və bu tezisləri reallaşdırmaq üçün etdikləri cəhdlər Azərbaycan tərəfindən qətiyyətlə rədd edilib.

 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Putinlə keçirdiyi görüşdə bəyan etdiyi “Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışacaq heç bir mövzu yoxdu” kimi prinsipal və dəyişməz mövqeyi toxunulmazlığını qoruyub və bəyanatda Qarabağla bağlı heç bir kəlmə yer almayıb.

 

“Bu faktın özü Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha təsdiq etdi. Ən vacibi isə bugünkü Üçtərəfli Bəyanatı imzalayan Paşinyan Azəbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini bir daha qəbul etməyə məcbur edildi.

 

Bütövlükdə, bütün gərginliyə baxmayaraq, Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi. Bununla da, “Brüssel Danışıqlar Formatı” çərçivəsində ölkəmizin müəyyən etdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün yeni imkanlar yarandı”, - deputat vurğulayıb.

 

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, liderlərin Soçi görüşü gözlənildiyi kimi nəticəsiz qalıb:

 

“Rusiya Prezidenti Vladimir Putin görüşü faydalı adlandırsa da, hər şeyi razılaşdıra bilmədiklərini etiraf edib. Bu, bizim xeyrimizədir, çünki Kremlin “razılaşdırmaq” istədiyi məsələlər xeyrimizə deyil”.

 

Təhlükəsizlik məsələləri üzrə eskpert İlham İsmayıl xatırladıb ki, Soçidə bir sıra məsələlərdə razılıq əldə edilməyib:

 

“Putin pərtliyini gizlətməyə çalışsa da, hiss olunurdu ki, görüşün nəticələri onun planlaşdırdığı kimi alınmayıb. Paşinyan da qayğılı idi. Əslində, Azərbaycan Prezidenti çıxışına “Qarabağ münaqişəsi tarixə çevrilib və iki il əvvəl həll olunub” sözləri ilə başlamaqla həm Putini, həm Paşinyanı fakt qarşısında qoydu”.

 

Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, Soçi bəyanatında prinsipial əhəmiyyətli yenilik yoxdur. O bildirib ki, yeni məqam kimi görünən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı vurğusu (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun təkrarıdır.

 

“Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir”, - deyə o qeyd edib.

 

Soçi görüşünü dəyərləndirən Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin 5 prinsip üzərində qurulmasını təklif edib.

 

O xatırladıb ki, bu prinsiplər bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarının olmaması, bir-birinə qarşı güc və təhdidin tətbiq edilməməsi, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlər və nəqliyyat kommunikasiyalarının açılması, habelə yenilərinin tikintisidir.

 

Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko isə Soçi görüşünün nəticələrini belə şərh edib:

 

"Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi, Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmur. Orada baş verəcək hər şey Azərbaycanın daxili işidir. Bakı və İrəvan arasında sülh sazişinin bağlanması üzrə işlər intensivləşəcək (İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında). Rusiya Cənubi Qafqaz regionunda əsas oyunçu və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi mövqeyini qoruyur".



Xəbəri paylaş

5308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___