Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özəl xəstəxanalar ƏDV-ni QAYTARMIR – Vətəndaşlardan ŞİKAYƏT
Tarix: 26-10-2022 | Saat: 10:15
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

 



2022-ci ilin əvvəlindən etibarən Azərbaycanda tibb müəssisələri tərəfindən göstərilən xidmətlərə görə ƏDV-nin bir hissəsinin geri qaytarılmasının tətbiqinə başlanılsa da, bəzi xəstəxanalar qanuna əks addım atırlar. Xüsusilə özəl xəstəxanaların əksəriyyəti tərəfindən gündəlik kifayət qədər ƏDV mənimsənilir.

Bununla bağlı bir neçə vətəndaş şikayətində bildirib.

Dediklərinə görə özəl xəstəxanaların xidmətindən istifadə etsələr də, ƏDV geri qaytarılmır. Tələb edəndə isə pulun ödənildiyi kassa vətəndaşı digərinə yönləndirir.

Beləcə, xəstə ötür-ötür oyunundan bezib ƏDV-nin arxasınca düşmür. Bəzi xəstəxanalarda isə ödəniş qəbzində əks olunan ƏDV- ni sistemə daxil etmək mümkün olmur. Müəyyən bəhanələrlə bildirişlər gəlir.
Məsələ ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, dövlət ƏDV-nin qaytarılmasında maraqlıdırsa, müəssisələr də buna əməl etməlidir:

“Vergi Məcəlləsinə görə ticarət, iaşə obyektləri və tibb müəssisələri ƏDV-ni qaytarmalıdır. Təbii ki, söhbət ƏDV-si olan müəssisələrdən gedir. Tutaq ki, illik dövriyyəsi 200 min manatdan azdır və bu halda ƏDV yoxdur. Bu əlbəttə ki, çox nadir hallarda olur.

Qəbzdə ƏDV göstərilibsə, qaytarılması da olmalıdır. Mən özüm tibb sahəsində deyil, ticarətdə bir neçə dəfə üzləşmişəm. Qəbzdə ƏDV yazılıb, amma sistemə vuranda “ƏDV ləğv olunub” deyə göstərir.

Görünür, tibb sahəsində də məhz belə hallardan söhbət gedir. Hər bir halda belə pozuntular varsa, vətədaş həmin qəbzini vergi orqanına təqdim etməli və orada yoxlamalar aparmalıdır ki, qəbzin aqibəti necə olub”.

Ekspertin sözlərinə görə bu məsələdə böyük yük vətəndaşların üzərinə düşür:

“Vətəndaşlar istənilən halda ƏDV-ni tələb etməlidir. Dövlətin hansı marağı var ki, bizim ona ödədiyimiz vergini sonradan bizə qaytarmasın? Əksinə marağı ondan ibarətdir ki, vətəndaşlar qəbzi tələb etsin.
O müəssisələrin ƏDV-ni qaytarmamalarında məqsəd ümumiyyətlə vergidən yayınmaqdır. Vergi orqanlarına bu barədə məlumat verilməlidir ki, əməllərindən onlar da məlumatlı olsun”.




Xəbəri paylaş

8348 dəfə oxunub.

Digər xəbərlər
13-09-2016, 08:59 Hadisenin Murad Boz arzusu

bütün xəbərlər
____ Instagram ___