Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Quba yolunun təmirdən sonra nə vaxt istifadəyə veriləcəyi məlum olub - VİDEO
Tarix: 24-10-2022 | Saat: 09:45
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat / Xəbəraz TV | çapa göndər



Deformasiyaya uğramış Bakı-Quba yolunun yenidən qurulması işləri davam etdirilir.

Yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib.

Bundan sonra isə asfalt-beton örtüyünün döşənməsinə başlanıb.

Hazırda əsas asfaltlama işləri Bakı-Quba yolunun 77-87-ci kilometrliyində aparılır.

Təmir çərçivəsində yola daha qalın asfalt örtüyü vurulur. Sözügedən hissədə işlərin noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Asfaltlanma işlərindən sonra yol nişanları qoyulacaq və xətləmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə Bakı-Quba yolunun deformasiyaya uğramış 66 kilometrlik hissəsində təmir işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Ətraflı Xəzər TV-nin süjetində:






Xəbəri paylaş

4378 dəfə oxunub.

Digər xəbərlər
9-11-2020, 19:30 Melonun ayağı qırıldı

bütün xəbərlər
____ Instagram ___