Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda sərnişin avtobusu qəza törətdi - Xəsarət alan var
Tarix: 21-10-2022 | Saat: 11:28
Bölmə:Karusel / Hadisə | çapa göndər






Ötən gün Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. 

Bu barədə məlumat "qaynar xətt"inə daxil olub. 

Hadisə şahidlərinin sözlərinə görə, 145 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu Ecobus" markalı avtobusun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev  sorğusuna cavab olaraq bildirdi ki, hadisə 20.10.2022-ci il saat 16:00 radələrində qeydə alınıb:

"“6 Dost” MMC-nin istismarında olan 145 nömrəli marşut xətti üzrə 99 JH 483 DQN-lı avtobusu idarə edən sürücü Xaliq Məmmədov Böyükşor yolunda (Gölün üstü, yol ötürücüsünün yaxınlığı) idarəetməni itirib və nəqliyyat vasitəsini beton bəndlərə çırpıb. Daşıyıcı şirkətdən Agentliyə verilən məlumata görə hadisə zamanı sərnişinlərdən bir nəfəri yüngül xəsarət alıb".

BNA rəsmisi onu da qeyd etdi ki, sözügedən marşrut xətti müsabiqəyə çıxarılacaq:

"Yol nəqliyyat hadisəsi ilə bağlı, “6 Dost” MMC-nin məsul şəxsi Namiq Allahverdiyev Agentliyə çağırılıb və ondan izahat tələb edilib. Məlumat üçün bildirir ki, sərnişindaşımaların qanunvericiliyin tələblərinə uyğun təşkil olunmaması, eləcə də sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından risk yaradan halların mövcudluğuna görə 145 nömrəli marşut xətti müsabiqəyə çıxarılacaq".





Xəbəri paylaş

4148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___