Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hava kəskin dəyişir - Soyuq hava ayın neçəsinədək davam edəcək?
Tarix: 24-09-2022 | Saat: 10:15
Bölmə:Karusel / Gündəm | çapa göndər





Sentyabrın 24-dən Azərbaycanda havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Sentyabrın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 10°-dək aşağı enəcəyi, 24-də 23-25°, 25-də isə 20-22° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.




Xəbəri paylaş

4268 dəfə oxunub.

Digər xəbərlər
19-06-2015, 19:52 QADINLARA 10 SIRLI MESLEHET

bütün xəbərlər
____ Instagram ___