Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Operativ Qərargah payızda çoxdan gözlənilən qərarı verəcək? - AÇIQLAMA
Tarix: 03-09-2022 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər




COVID-19-a gündəlik yoluxma artsa da, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Rəsmilər qapanma, maska taxılması kimi qadağalara lüzum görmürlər. Bununla belə, uzun müddətdir müzakirə edilən quru səhədlərinin açılması da reallaşmır. Yayda sərhədlərin açılması arzuolunan olsa da, bu, baş vermədi. Bəs payıza doğru quru sərhədləri açıla bilərmi?

Məsələ ilə bağlı  danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlının bildirdiyinə görə, quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı konkret vaxt demək mümkün deyil.

Deputat deyib ki, bununla bağlı Operativ Qərargah Azərbaycanda və qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə almaqla qərar verəcək.

Onun sözlərinə görə, quru sərhədlərinin açılması ilə bağlı qərar tək ölkədəki epidemioloji vəziyyətlə bağlı deyil:

“Quru sərhədlərinin açılması ilə bağlı qərar verilərkən sadəcə Azərbaycanda yox, eyni zamanda bizimlə sərhəddə yerləşən ölkələrdəki epidemioloji vəziyyət də nəzərə alınır. Qeyd etmək lazımdır ki, son həftələr bölgədə, xüsusilə də, Rusiyada COVID-19-a yoluxmada artımlar müşahidə olunur. Buna görə də açılması COVID-19 virusuna yoluxma sayının necə dəyişməsindən asılı olacaq”.

Deputat qeyd edib ki, quru sərhədlərinin açılması qonşu dövlətlərdə COVID-19-a yoluxma halları kəskin azalacağı təqdirdə real görünür:

“Çünki bütövlükdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və optimallaşdırılması Azərbaycan üçün prioritet olaraq qalmaqdadır”.




Xəbəri paylaş

4148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___